Tekerstore.az saytından şin sifariş verən müştərilərimiz ödənişi həm nəğd yolla, həm bank köçürməsi, həm də kreditlə ödəyə bilərlər.

Nəğd ödənişlər şin(lər) sifarişçiyə çatdırılan anda və təhvil verildiyi yerdə ödənilir və ödənişin müqabilində şin(lər)in tekerstore.az saytından alındığını təsdiq edən (istehsalçı zəmanəti ilə əhatə olunmaq baxımından vacib sənəddir) ödəniş çeki müştəriyə təqdim olunur. 

Bank köçürməsi yolu ilə isə ödənişlər hər hansı bank vasitəsilə tekerstore.az onlayn-mağazasının bank hesabına köçürüləcək. 

Müştərinin daha bir ödəniş üsulu taksit kartlarının xidmətindən yararlanmaqdır. Bunun  üçün ilk öncə, ödənişi edəcəyiniz kartı seçməlisiz. Azərbaycanda mövcud olan kartı seçdikdən sonra sistem özü sizi addım-addım ödəniş prosedurunu keçməyə yönləndirəcək. Seçdiyiniz ödəniş kartının kredit şərtləri və faizləri Sizi qane edirsə, sifarişinizi məhz həmin kart vasitəsilə reallaşdıra bilərsiniz.