Bizə etibar etdiyiniz şəxsi məlumatlar (elektron ünvan, ev/mobil telefon nömrəsi, yaşadığınız ünvan və s.) məxfi xarakter daşıyır və üçüncü tərəf üçün açıq deyil. Sizin şəxsi məlumatlarınız "tekerstore.az" internet-mağazasına sırf sifarişinizin icrası ilə bağlı Sizinlə müntəzəm əlaqə saxlamaq üçün lazımdır. Müştərimiz olaraq təqdim etdiyiniz bu məlumatlar tərəfimizdən yeni məhsullarımızın, xidmətlərimizin və kampaniyalarımızın Sizə çatdırılması və saytın fəaliyyətinin təhlili və qiymətləndirilməsi məqsədilə istifadə oluna bilər. Əgər Siz təqdim etdiyiniz şəxsi məlumatların bu məqsədlərlə istifadə olunmasının əleyhinəsinizsə, bu halda saytın BİZİMLƏ ƏLAQƏ bölməsindəki elektron ünvana bu barədə yaza və ya telefon nömrəsinə zəng edib iradınızı bildirmək hüququna maliksiniz. Belə olan halda şəxsi məlumatlarınız saytın mərkəzi müştəri bazasından silinəcək və Siz yuxarıda qeyd olunan məqamlarla bağlı bilgiləndirilməyəcəksiniz. 
  
Biz tərəfimizdən yuxarıda qeyd olunan şəxsi məlumatların məxfiliyinin etibarlı şəkildə qorunmasına və heç bir halda (qanunla tələb olunan və müştəri ilə razılaşdırılmış hallar istisna olmaqla) bu məlumatların üçüncü tərəfə ötürülməyəcəyinə zəmanət veririk. 

Müştərinin səhlənkarlığı üzündən onun məlumatlarının başqa bir şəxs tərəfindən əldə edilməsinə görə məsuliyyət daşımırıq.