• Edilmir
  • Edilmir
  • 30000 km
  • Tayland
  • H (210 km/saat)
  • 112 (1120 Kq)
    Yüngül yay təkəri olan Bridgestone Ecopia EP850 yapon istehsalçısının SUV seqmentinin avtomobilləri üçün enerji effektivliyi modellərinin sırasını daha da genişləndirmək cəhdlərinin nəticəsi olaraq ortaya çıxıb. Başqa sözlə desək, bu təkər modeli yüksək keçicilik qabiliyyətinə malik yolsuzluq avtomobilləri və krossoverlər üçün nəzərdə tutulub. Yapon təkər istehsalçısının ortaya çıxardığı bu məhsulun əsas üstünlüyü yırğalanmaya qarşı aşağı müqavimət və təhlükəsizliyə heç bir xələl gətirmədən istismar müddətinin uzadılmasıdır. 
Bu yeni modelin protektoru assimmetrik cizgiyə malikdir. Onun quruluşu isə asfaltdan kənar yollarda da rahat hərəkətə imkan verir. Bridgestone Ecopia EP850 təkərinin protektoru 5 uzun rimdən və iki çiyin zonasından ibarətdir. Protektorun cizgisi daxili və xarici olmaqla 2 hissədən ibarətdir. Onları mərkəzi bir-birindən ayırır. Bu elementin yarısı dördbucaqlı bloklardan təşkil olunub. Belə orijinal həll sayəsində şinlər əla kurs dayanıqlılığı, həmçinin yüksək effektivli sürətlənmə (xüsusilə sürüşkən səthlərdə) əldə edib. Bundan başqa protektorun mərkəzində avtoşinin hərəkət istiqamətinə nisbətən sərt bucaq altında yerləşən bloklar həm də çəkiş-dartı qüvvəsini gücləndirir. Şinin çiyin zonaları sərtliyi və gücləndirilmiş konstruksiyası ilə fərqlənir. Sərt çiyin zonaları kiçik radiuslu profilləri ilə birgə təmas sahəsinin maksimum olmasını təmin edir. Həmçinin onların ideal düzbucaqlı forması təkərin təzyiqini optimal olaraq səth üzrə paylaşdırır. Nəticə olaraq həm yol səthi ilə əla təmas əldə etmək, həm də şinin ömrünü uzadacaq qeyribərabər aşınmanın qarşısının alınması mümkündür.  

Bridgestone Ecopia EP850 şinin əsas xüsusiyyətləri: 
— protektorun assimmetrik istiqamətlənmiş cizgisi həm bütün şəraitlərdə yüksək səviyyəli təması, həm də yırğalanmaya qarşı müqavimətin aşağı səviyyədə olmasını təmin edir; 
— silika tərkibli və protektorun üst qatında xüsusi polimerlər daxil olan rezin qarışığı daxili titrəyişi, şinin qızmasını azaldır, yırğalanmaya müqaviməti aşağı salır; 
— protektorun mərkəzi hissəsində hərəkət istimətinə nisbətdə sərt bucaq altında yerləşən çoxsaylı bloklar əla çəkiş-dartı qüvvəsi əldə etməyə imkan verir; 
— çiyin zonalarının sərt konstruksiyası protektorun dayanıqlılığını artırır və qeyri-bərabər aşınmanın qarşısını alır, habelə idarəetmə xarakteristikalarını da gücləndirir.
20106422
/

Unibank - Albalı kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 77 M 231 M
6 ay 39.23 M 235.4 M
12 ay 21.08 M 253 M

Bank of Baku - Bol kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 77.73 M 233.2 M
6 ay 40.33 M 242 M
12 ay 21.27 M 255.2 M

Yapı Kredi - World kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 76.56 M 229.68 M
6 ay 39.49 M 236.94 M
12 ay 21.01 M 252.12 M

Kapital Bank - 1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
2 ay 112.2 M 224.4 M

Kreditlə ödəniş
 
Müddət Aylıq ödəniş Cəmi
5 ay 55 M 275 M
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.