• Edilmir
  • Edilmir
  • 30000 km
  • Sloveniya
  • Y (300 km/saat)
  • 95 (690 Kq)
Goodyear Eagle F1 Asymmetric 3 şininin xarakteristikası 

Yay tekeri Goodyear Eagle F1 Asymmetric 3 Şimali Amerika şin istehsalçısının yeni məhsullarından biridir. Model özündən əvvəlki iki buraxılışdan yaxşılaşdırılmış xarakteristikaları ilə fərqlənir. 

«Aktiv tormozlanma» texnologiyası 
Bu modelin əsas yeniliklərindən biri ActiveBraking adlanan texnologiyadır. Onun mahiyyəti şinin tormozlanma zamanı təmas nöqtəsinin ölçülərini böyüdə bilmək qabiliyyətindədir. Bu funksiya protektor bloklarının optimallaşdırılmış konstruksiyası hesabına təmin olunur. Bu bloklar sürətlənmə zamanı əvvəlcədən müəyyənləşdirilmiş şəkildə formalarını dəyişirlər. Bu isə təmas nöqtəsinin ölçülərini böyüdür və tormozlanma zamanı səth ilə təması yaxşılaşdırır. 

«Təması gücləndirən» 
Bu shinin hazırlanmasında tətbiq olunan digər texnologiya Grip Booster adlanır. Bu, tərkibinin böyük hissəsi yeni nəsil silikadan ibarət qarışıqdır. Bu komponentin sayəsində protektor sözün həqiqi mənasında yolun nahamarlıqlarını "qucaqlayaraq" yola yapışır. Bundan əlavə rezin qarışığın tərkibinə müxtəlif polimerlər daxildir. Onların köməyilə qarışığın bircinsliliyi təmin olunur, yüksək sürət həddində protektorun tamlığı qorunur. Bu maddələr protektorun yırtılmalara qarşı davamlılığını artırır. 

Sükanın dönmələrinə bir göz qırpımında reaksiyalar və uzunömürlülük 
Böyük çəkiyə malik olmasına baxmayaraq, təkər müxtəlif istiqamətlərdən gələn sürət qüvvələrinin təsiri qarşısında formasını qoruyaraq dinamik deformasiyalara qarşı dayanıqlı qalır. Bu işdə böyük pay shinin karkasının öhdəsinə düşür. Karkas bütövlükdə müasir sintetik materiallardan hazırlanıb və üstün sərtliyi ilə fərqlənir. Belə «dəstək» sükan dönmələrinə bir göz qırpımında reaksiya verməyi və təmas nöqtəsinə düşən xarici yükü bərabər paylaşdırmanı təmin edir. Bütün bunlar isə idarəetməyə və şinin istismar müddətinin uzadılmasına müsbət təsir göstərir. 

Goodyear Eagle F1 Asymmetric 3 şininin əsas xüsusiyyətləri 
— əvvəlki modellərə nisbətən qısaldılmış tormoz yolu; 
— optimallaşdırılmış rezin qarışığı sayəsində yaxşılaşdırılmış səth təması; 
— sərt karkas konstruksiyası sayəsində idarəetmədə yüksək operativlik və uzunmüdətli istismar dövrü.
T5800691703
/

Unibank - Albalı kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 89.25 M 267.75 M
6 ay 45.48 M 272.85 M
12 ay 24.44 M 293.25 M

Bank of Baku - Bol kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 90.1 M 270.3 M
6 ay 46.75 M 280.5 M
12 ay 24.65 M 295.8 M

Yapı Kredi - World kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 88.74 M 266.22 M
6 ay 45.77 M 274.64 M
12 ay 24.35 M 292.23 M

Kapital Bank - 1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
2 ay 130.05 M 260.1 M
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.