Təkər stokda bitmişdir. 235/45 R17 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Almaniya
  • W (270 km/saat)
  • 94 (670 Kq)

Goodyear EfficientGrip şinlərinin xarakteristikası 

Minik avtomobilləri üçün nəzərdə tutulmuş yay tekeri olan Goodyear EfficientGrip yanacağa qənaət və uzunmüddətli istifadə kimi göstəricilərə malik şin yaratmaq niyyətilə həyata keçirilmiş ən uğurlu cəhd hesab olunur. Shin bazarının liderlərindən birinin istehsal etdiyi bu model 14-20 düym aralığında olan ölçülərdə geniş çeşid sırasına sahib olmasına görədir ki, müasir avtomobil bazarının bir neçə seqmentini əhatə edir. Bu model Şimali Amerika şin nəhənginin özündə son elmi yenilikləri ehtiva edən FuelSaving Technology adlanan texnologiya əsasında hazırlanan ilk şin modelidir. Çoxsaylı texnoloji işləmlərin unikal birləşməsi sayəsində yanacaq sərfiyyatına birbaşa təsir göstərən yırğalanma əleyhinə müqavimətin aşağı salınmasına nail olunub. Bu zaman yüngülləşdirilmiş karkası, istilik ayrılmasını azaldan təbəqəni, yeni tərkibə malik rezin qarışığını və optimallaşdırılmış istehsal prosesini xüsusi qeyd etmək lazımdır. Nəticə olaraq əldə olunan şin yanacağa hiss olunacaq dərəcədə qənaət edir, beləliklə də ətraf mühitə tullantıların və atmosferə zəhərli qazın atılmasını xeyli azaldır. 

Amerika şininin aşağı salınmış çəkisi 
Karkasın konstruksiyasında yeni nəsil materiallardan istifadə olunması şinin çəkisinin əhəmiyyətli dərəcədə (10%) aşağı salınmasına imkan yaradıb. Yeni sintetik materialların üstünlüklərindən biri olan yüngül çəki təkcə yırğalanma əleyhinə müqavimət səviyyəsini aşağı salmağa deyil, həm də şindən istilik ayrılmasını da azaltmağa gətirib çıxarıb. Konstruksiya ilə bağlı yeniliklərdən biri də karkasın daha aşağı ətalət səviyyəsi və yan hissələrin eninin azaldılmasıır. Bunların sayəsində şinin çəkisi və yırğalanmaya qarşı müqavimət daha da azalmışdır. 

CoolCushion texnologiyası 
Bu termin altında patentləşdirilmiş yeni termoplast qat nəzərdə tutulur. Bu qatdan isə şindən ayrılan istilik həcmini azaltmaqdan ötrü istifadə edirlər. Kanalların altındakı əlavə təbəqə istilik ayrılmasını azaltmaqla bərabər həm də əlavə çəki ilə mübarizədə əhəmiyyətli rol oynayır. Rezin qarışığı Goodyear EfficientGrip təkərin əsas istismar göstəricilərinə böyük təsir göstərir. Məhz buna görə də şirkətin mütəxəssisləri rezin qarışığının tərkibinə daxil olacaq materalları son dərəcə ehtiyatla yoxlayıb seçiblər. Nəticə olaraq isə son nəsil polimerlərin mövcudluğu ilə fərqlənən, möhkəmləndirici və strukturlaşdırıcı komponentlərə malik rezin qarışığı əldə etmək mümkün olub. Rezin qarışığının yaxşılaşdırılmasının nəticəsi olaraq isə enerjinin qorunması istiqamətində yüksək göstəricilər əldə olunub. 

Protektor dizaynı 
Yanacaq sərfiyyatı ilə bağlı göstəriciləri yaxşılaşdırmaqdan başqa mütəxəssislərin qarşısında dayanan vacib digər vəzifələr sırasına yüksək səviyəli komfortu qorumaqla müxtəlif yol örtüklərində etibarlı və stabil davranışı təmin etməkdir. Bundan ötrü şinin protektoru beş uzununa qövsdən ibarət asimmetrik istiqamətlənmiş protektor cizgisi ilə təchiz edilib. Qeyd etmək lazımdır ki, protektorun hazırlanmasında kompüter modelləşdirilməsindən geniş istifadə olunub. Bunun isə ən bariz nəticəsi qeyri-bərabər aşınmanın qarşısını almaq üçün təmas nöqtəsinə düşən yükü düzgün paylaşdırmadır. Məlumdur ki, şinlərin əsas göstəricilərindən biri də aquaplanning-ə (su layının yaranması) qarşı yüksək dayanıqlıqdır. Bu məqsədlə Goodyear EfficientGrip şini dörd çarpaz drenaj kanalları ilə təchiz olunub. Həmin kanallar isə təmas nöqtəsindən böyük həcmli suyun xaric olunmasına effektiv şəkildə nail ola bilir. Çarpaz qövslərin üstündə çoxfunksiyalı çıxıntılar yerləşir. Onların optimal yerləşməsi nəticəsində yaranan əlavə təmas nöqtələri daha etibarlı səth təmasını təmin edir. Quru səthlərdə təmas göstəricilərinə gəlincə, burada yüksək səviyyə massiv çiyin zonaları hesabına təmin edilir. Onların yüksək konstruktiv sərtliyi sayəsində müxtəlif hərəkət rejimlərində şin əla dayanıqlılıq və stabil davranış əldə edib. Xüsusi diqqət çəkən komponentlərdən biri də hərəkət zamanı yaranan səsin səviyyəsinin aşağı salınmasıdır. Bu göstəriciyə isə protektor bloklarının bucağını optimallaşdırmaq sayəsində nail olmaq mümkün olub. 

Goodyear EfficientGrip şininin əsas göstəriciləri 
—yanacaq sərfiyyatı üçün unikal texnologiyadan istifadə şinin çəkisini aşağı salır,  xüsusi kanalaltı təbəqə isə həm yanacaq sərfiyyatını, həm də istilik ayrılmasını azaldır; 
— tərkibində silisium artıq olan yaxşılaşdırılmış rezin qarışığı; 
—protektor bloklarının dəyişən yerləşməsi hərəkət zamanı yaranan səsin səviyyəsini aşağı salır.
T0170250120
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M