Təkər stokda bitmişdir. 225/55 R17 XL ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Almaniya
  • V (240 km/saat)
  • 101 (825 Kq)

Goodyear EfficientGrip Performance şinləri haqda məlumat
Minik avtomobili üçün olan yay Goodyear EfficientGrip Performance tekerleri şirkətin son yeniliyi sayılır. Digər şinlərdən fərqli olaraq bu şinlər güclü minik avtomobilləri üçün nəzərə tutulub.

WearControl
Modelin əsas üstünlüyü WearControl texnologiyası sayılır. Texnologiyanın istifadəsinin məqsədi şinin hər hansı bir havada müxtəlif səthli  yollarla təmas xüsusiyyətlərini yaxşılaşdırmaq, uzunmürlü etmək və yanacaq qənaəti əldə etmək olub. Belə çətin məsələni istehsalçılar müxtəlif tərkibli rezin qarışıqlarından istifadə edərək həll ediblər. Belə ki, Goodyear EfficientGrip Performance şinin protektoru 2 qatdan ibarətdir. Protektorun daxili qatı yüksək sərtlik və aşağı istilik keçirmə xüsusiyyətlərinə malik rezin qarışığından istehsal olunub. Bundan savayı, sərt daxili təbəqə dinamik deformasiyaya yüksək müqavimət göstərir və xarici təzyiqin əlaqə nöqtəsi üzərində bərabər paylanmasını təmin edir. Bunların nəticəsində shin daha təhlükəsiz, etibarlı olur və eləcə də qeyri-bərabər aşınmanın qarşısı alınır. Üst protektor təbəqəsi daha elastik rezin qarışıqdan hazırlanıb. O tərkibində yüksək dərəcədə silisium komponentləri daşıyan silikatdan ibarətdir.Yüksək elastiklik protektora yol səthində olan kiçik qabarıqlarında öhtəsindən gəlməyə kömək edir və xüsusilə yaş asfaltda yolla yaxşı təması təmin edir. Bundan savayı rezin qatqısının tərkibində olan silikat aşınmaya dözümlülüyü artırır.

Protektorun asimmetrik cizgisi
Şinin güclü avtomobillər üçün nəzərdə tutulduğuna görə onun yüksək sürətdə təhlükəsizliyi artırmaq əsas məsələ olur. Bu səbəbdən shin üçün  müxtəlif yol səthində özünü mükəmməl ifadə edən yönləndirilmiş asimmetrik protektor cizgisi istifadə olunur. Bu cizginin əsas xüsusiyyəti 3D bloklarıdır. Dayanma siqnalı zamanı bu protektor elementləri əlaqə nöqtəsinin sahəsini artırır. Şinin protektor cizgisi 5 funksional sahədən ibarətdir- protektorun mərkəzi hissəsində uzununa yerləşən 3 qövs və 2 çiyin zonası. Protektorun kənarında yerləşən 2 mərkəzi qövs bütöv və sərt konstruksiyadan ibarətdir. Protektorun çiyin hissəsi isə böyük ölçüləri ilə seçilir və bu təsadüfi edilməyib, çünki sürətlənmə, dayanma və kəskin dönüşlərdə onlara daha çox güc düşür. Bundan savayı onlar drenaj kanalları ilə ayrı-ayrı bloklara bölünür. 

Goodyear EfficientGrip Performance şinlərinin əsas üstünlükləri:
- Aşağı səs səviyyəsi və yaş asfaltda əla təmas etməyi ilə seçilən asimmetrik protektor cizgisi
Şinlərin uzunömürlülüyünü, yırğalanmamasını və əla təmas xüsusiyyətlərini özündə əks etdirən müxtəlif rezin qarışıqlarından ibarət olan  WearControl texnologiyası
- 4 ədəd uzununa yerləşən drenaj kanalları hesabına hydoplanning effektinə əla müqavimət.
001395
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M