Təkər stokda bitmişdir. 215/65 R16 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 40000 km
  • Cənubi Koreya
  • H (210 km/saat)
  • 98 (750 Kq)

Marshal Solus Eco KL21 şininin xarakteristikası

4 fəsil şini Marshal Solus Eco KL21 SUV seqmentinin avtomobilləri, yolsuzluq avtomobilləri, pick-up-lar və krossoverlər üçün nəzərdə tutulub. Bu unikal model yüngül çəkiyə malik olmaqla yeni texnologiyaların tətbiqi sayəsində ərsəyə gəlib, «Eco» qeydi isə onu göstərir ki, şin ekoloji cəhətdən təmizdir. Şin yüksək idarəetmə, komfort və təhlükəsizlik göstəricilərinə malikdir, uzunmüddət xidmət göstərə bilər.
Simmetrik istiqamətlənmiş protektor cizgisi bambuk borusunu xatırladır. Protektorun içərisindən keçən sərt mərkəzi qövs idarəetməni yaxşılaşdırır, yüksək sürətlə hərəkət edən avtomobilin kurs dayanıqlığını təmin edir. Drenaj sistemi böyük həcmdə suyun öhdəsindən gəldiyi və onu təmas zonasndan asanlıqla çıxara bildiyi üçün Marshal Solus Eco KL21 şinində aquaplanning riski minimuma endirilib. 
Rezin qarışığının tərkibində LRR adlı texnologiyadan istifadə edilib. Həmin texnologiya yanacaq sərfiyyatını 5% aşağı salmaqla ətraf mühitə zərərli tullantının miqdarını azaldır. Quru və yaş yollarda yüksək göstəricilərə malik olmaq üçün rezin qarşığına yüksək dispersiyalı kvars, silisium, qətran əlavə edilib və bu komponentləri birləşdirmək üçün xüsusi polimer tətbiq olunub. Nəticədə isə bərk və elastik Marshal Solus Eco KL21 şini istənilən yol səthi ilə əla təmas, yırğalanma əleyhinə zəif müqavimət, yaxşı sürətlənmə nümayiş etdirir və daha qısa tormoz yoluna malikdir.
Şinin hazırlanması prosesində HDS adlı yeni texnologiyadan istifadə edilib. Bu texnologiyanın tətbiqi nəticəsində yürüş məsafəsi və istismar müddəti artıb. Üstəlik, polad kord şinin karkasını daha da möhkəmləndirir və onu daha davamlı edir. 
4 fəsil şini KL21 aşınma səviyyəsinin indikatoru olan R.W.I. ilə də təchiz edilib. Onun köməyilə sürücü özü aşınmanın səviyyəsini müəyyənləşdirə bilir. 

Solus Eco KL21 şininin əsas xüsusiyyətləri:
- güclü səth təması;
- əla sürətlənmə və tormozlanma;
- qənaətcil yanacaq sərfiyyatı;
- aşağı səs səviyyəsi;
- möhkəm polad korda sahibdir;
- aşınmaya davamlıdır.

MST00047
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Bol Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Nisyə Satış - Caspian Finans
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M
9 ay 0 M 0 M
12 ay 0 M 0 M