• Edilmir
  • Edilmir
  • 30000 km
  • Tayvan
  • H (210 km/saat)
  • 100 (800 Kq)
Maxxis Bravo HP600 təkərlərinin xüsusiyyətləri
Tayvan istehsalçılarının istehsal etdiyi Maxxis HP600 Bravo təkərləri əsasən şosse yollarında istifadə olunan minik avtomobilləri üçün nəzərdətutulur.

Protektorun simmetrik yönləndirilməmiş dizaynı sərt yol şərtlərində mükəmməl göstəricilər göstərməyə imkan yaradır. Protektorun mərkəzindəki hissə lamellərlə təchiz edilib. Lamellərin hesabına Maxxis Bravo HP600 modeli yüksək kurs sabitliyinə malikdir və sükanın komandalarına dəqiq reaksiya verir.

 Bundan əlavə özünütəmizləyə bilən lamellər mərkəzi hissədə xüsusi sərtliyə malikdir ki, bu da effektiv sürət yığmağa və ani tormoza imkan verir. İki digər lamel isə əla dartı-ilişmə xüsusiyyəti  təmin edir. Protektorun üzərindəki xüsusi cizgilər suyu təmas hissəsindən effektiv kənarlaşdırır. 

Aquaplaninq riskinin azaldılması üçün 4 eninə geniş kanallarla təchiz olunub ki, bu yeniliklərin hesabına suyun çox olduğu yollarda belə su təmas nöqtəsindən effektiv kənarlaşdırılır. Sərt yollardan kənarda təkərlərin daha güvənli olması üçün təkərin çiyin zonası ayrı-ayrı bloklara ayrılıb. Blokların sivri kənarları yumuşaq səthlərdə ilişməni və dartını yaxşılaşdırır.

Maxxis HP-600 Bravo təkərlərinin üstünlükləri

-          Protektorun cizgilərinin orjinal dizaynı həm yaş həm də quru yollarda dartı və ilişmə xüsusiyyətlətini mükəmməlləşdirir
-          Müxtəlif yol şəraitlərində əla idarə göstəriciləri, aşağı səs səviyyəsi, komfort və yumuşaqlıq bu təkərlərə xassdır
-          Slika əlavə edilmiş rezin tərkib yaş yollarda ilişməni yaxşılaşdırır və təkərlərin davamlılığını artırır
-          Təkərlərin karkasındakı neylon lifləri təkərlərə elastiklik gətirir mexaniki təsirlərə qarşı davamlı edir. 
000997
/
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.