Təkər stokda bitmişdir. 195/55 R16 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Fransa
  • H (210 km/saat)
  • 87 (545 Kq)
Michelin Energy Saver şini haqqında məlumat

Michelin Energy Saver şini geniş avtomobil spektri üçün nəzərdə tutulub: ailə, şəhər, miniven və kupe. Bu şin quraşdırıldığı avtomobilin yanacaq sərfiyyatını 100 km üçün təxminən 0.2 l aşağı salaraq onu daha qənaətcil, havaya buraxılan CO2 qazının miqdarını azaldaraq daha ekoloji edir. Şinin istehsalında müasir avadanlıqlardan istifadə olunub. Bu da modelə bir sıra üstünlüklər qazandırıb: yanacaq qənaətcilliyi, yüksək təhlükəsizlik, etibarlılıq, əla istismar keyiyyətləri.
Xüsusi hazırlanmış protektorun optimal seçilmiş elementləri əla səth təması və idarəetmə üçün çox effektivdir.  Mərkəzdə yerləşən iki cərgə bloklar dayanıqlı kurs stabilliyini və əla reaksiyanı təmin edir.
Rezin qarışığına unikal əlavələr təmas və aşınma kimi keyfiyyətləri daha da təkmilləşdirib. Üç massiv kanal protektordan suyun çıxarılmasını təmin edərək aquaplanning riskini minimuma endirir. Çiyin zonasında yerləşən bloklar döngələrdə çox effektivdir və şini zədələnmələrdən qoruyur. Unikal lamellərin və xüsusi rezin qarışığının qarşılıqlı fəaliyyəti yürüş zamanı səs effektini də minimuma endirir. Hava şəraitindən asılı olmayaraq şin yoldakı vəziyyəti tam nəzarətdə saxlamağa imkan verir. Karkasın xüsusi konstruksiyası və istifadə olunan neylon kord aşırı yüklənmələrdə köməyə gəlir və şinin etibarlılığını artırır.
Bu şin Almaniya Avtomobil Assosiasiyası tərəfindən keçirilən testlərdə yüksək reytinq qazanıb. B testlərin nəticələrinə əsasən demək olar ki, bu şin modeli təhlükəsizlik, qənaətcillik və uzunömürlülük kimi keyfiyyələri özündə birləşdirir.

Michelin Energy Saver şininin əsas xüsusiyyətləri
— aşağı salınmış yanacaq sərfiyyatı;
- hərəkətdə təhlükəsizliyi təmin edən qısaldılmış tomoz yolu;
— rezin qarışığında istifadə olunan silika və silisium hesabına uzaldılmış istismar müddəti;
— avtomobilin istismar xüsusiyyətlərinə birbaşa təsir edən yüngülləşdirilmiş çəki (tormozlanma və sürətlənmə).
T5800691393
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M