• Edilmir
  • Edilmir
  • 30000 km
  • Fransa
  • H (210 km/saat)
  • 91 (615 Kq)
Michelin Energy XM2 şini haqqında məlumat

Energy XM2 — aparıcı avtomobil markalarının istifadə etdiyi yay şinidir. 
Hər şeydən əvəl qeyd etmək lazımdır ki, bu şin çox davamlı olduğuna görə, örtüyü pis olan yollarda istifadə olunmaq üçün nəzərdə tutulub. 

Energy XM-2 şininin əsas üstünlükləri
Bu şini hazırlayarkən mühəndislərin əsas hədəfi yüksək sürət həddində çuxura düşərkən şinin partlaması riskinin qarşısını almaq olub. Nəticədə onlar öz məqsədlərinə çatdırlar: çoxsaylı sınaqlardan keçən şin rəqibləri arasında ən dözümlüsü oldu. 
Bu uğurun səbəbi isə istifadə olunan Michelin IRONFlex adlı innovativ texnologiyadır. Bu texnologiya yan seksiyaların struktur tamlığını artırıb, onların deformasiyasının qarşısını alaraq şinin nahamar səthlərdə istismarını mümkün edib. Micro-Adaptive adlı rezin qarışığı sayəsində isə şin olduqca elastikdir. BUnların sayəsində şin yollardakı ən kiçik nahamarlığa qarşı belə dəqiq reaksiya verir.
Michelin Energy XM2 möhkəm səth təması və rəqiblərinən 1.7 metr daha az tormoz yolu ilə fərqlənir. Bu nəticənin səbəbi daha çox protektorun tərkibindəki silisiumdur. O, ilk növbədə şinin qızmasının qarşıını alır, daha sonra isə yanacaq sərfiyyatını minimuma endirir və yol səthi ilə təması gücləndirir.
Michelin Energy XM2 şininin daha bir özəlliyi protektor blokları arasında xüsusi körpücüklərin olmasıdır. Bunun sayəsində bloklar daha sərbəst hərəkət edir, bu da şinin aşınmaya daha davamlı olmasını təmin edir. 
Nəhayət, şinin açıq-aşkar üstünlüklərindən biri də protektordakı suyu 20% daha effektiv şəkildə sovurub çıxaran drenaj sistemidir. Beləliklə də, aquaplanning riski minimuma endirilir. Bundan əlavə yırğalanmaya qarşı müqavimət əmsalı 10% aşağı salınıb ki, bu da şinin daha uzun müddətə istifadəsini mümkün edir. 

Michelin Energy XM2 şininin özəllikləri
— Michelin Energy XM2 — nahamar yollar üçün nəzərdə tutulmuş yay şinidir;
— bu model rəiblərindən 7% daha davamlıdır;
— protektorun hazırlanması prosesində Michelin IRONFlex adlı texnologiyadan istifadə olunub.
— Micro-Adaptive rezin qarışığının tərkibindəki maddələr sayəsində şinin elastikliyi və yoldakı nahamarlıqlara qarşı hissiyyat artıb;
— protektorda silisiumdan daha çox istifadə sayəsində rəqiblərdən 1,7 metr daha az tormoz yolu;
— yırğalanmaya qarşı mqqavimət əmsalı 10% azaldılıb ki, bu da yanacaq sərfiyyatını azaltmaq üçün vacib şərtlərdəndir.
T5800691394
/

Unibank - Albalı kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 54.6 M 163.8 M
6 ay 27.82 M 166.92 M
12 ay 14.95 M 179.4 M

Bank of Baku - Bol kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 55.12 M 165.36 M
6 ay 28.6 M 171.6 M
12 ay 15.08 M 180.96 M

Yapı Kredi - World kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 54.29 M 162.86 M
6 ay 28 M 168.01 M
12 ay 14.9 M 178.78 M

Kapital Bank - 1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
2 ay 79.56 M 159.12 M
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.