Təkər stokda bitmişdir. 245/40 R19 XL ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Almaniya
  • Y (300 km/saat)
  • 98 (750 Kq)
Michelin Primacy 3 şini haqqında məlumat

Yüngül yay şini Michelin Primacy 3 istehsalçının tövsiyyəsinə görə, istənilən hava şəraitində təhlükəsizliyi ağlagəlməz dərəcədə yüksək səviyyədə təmin edir. Əgər bu modeli daha əvvəlki nəsil modellərlə müqayisə etsək, bu qənaətə gəlmək olar ki, istismar keyfiyyətlərinə görə kəskin fərqlənən bu şin həm quru, həm də yaş yollarda, habelə döngələrdə əla səth təmasını təmin edir. Bu üç istiqamətdə üstünlüyü də modelin adında öz əksini tapıb – Primacy 3. Michelin markasının digər məhsulları üçün ənənəvi olan digər keyfiyyətlər aşınmaya davamlılıq və yanacaq sərfiyyatında qənaətcillik isə bu modeldə də təmin edilir.
Bu modelin istehsalına Avropa üçün tipik olan yol-nəqliyyat hadisələrinin təhlilindən başlanıldı. Təhlillərdən məlum oldu ki, qəzaların 2/3 hissəsi quru yollarda baş verir. Fransız şin mühəndisləri məhz bu amilə xüsusi diqət ayırdılar. Bu əziyyətli işin yekunu olaraq 100 km/saat sürət həddində hərəkət zamanı quru yolda tormoz yolunu 2 metrə qədər qısaltmaq mümkün oldu.
Araşdırmalardan əldə olunan daha bir nəticəyə görə, yaş yollardakı qəzaların demək olar ki, hamısı hərəkət zamanı aquaplanning effektinin yaranması nəticəsində baş verib.  Daha dəqiq desək, şinlər protektora daxil olan suyu xaric edə bilmir, nəticədə yaranan su layı yolda sürüşmələrə, yekunda isə qəzaya gətirib çıxarırdı. Belə hallarda bu model əvvəlki modeldən 1.5 metr daha az tormoz yoluna sahibdir.
Nəhayət əldə olunan nəticələr bir də onu göstərdi ki, yaş yollarda qeydə alınan qəzaların ən ağırları məhz döngələrdən keçərkən baş verir. Müstəqil ekspertlərin keçirdiyi testlər göstərdi ki, yeni model bu şərtlər daxilində çox yaxşı göstəricilərə malikdir.
Bütün istismar göstəricilərinin yaxşılaşdırılması isə aşağıda qeyd oluna 3 texnoloji innovasiya sayəsində mümkün olub. 

Lamellərin innovativ strukturu
Michelin Primacy 3 modeli hazırlanarkən fransız şin mühəndisləri yaş və quru yollarda, habelə döngələri keçərkən tormozlanma zamanı təmas nöqtəsinin ölçülərinin maksimum mümkün həddə qədər artırılması kimi çətin vəzifəni həll etməli oldular. Bu olduqca vacibdir, çünki təmas sahəsinin artırılması tormozlanmanın effektivliyini yüksəldir, döngələri keçərkən isə ön oxun sürüşməsi kimi təhlükəli halın qarşısını alır. Bu şin modeli özünübloklayan lamellərin tətbiq olunduğu protektor cizgisinə malik ilk şin oldu. Bu tətbiqin effekti o qədər güclü oldu ki, şirkət bu işləmini patentləşdirmək qərarına gəldi. Lamellərin istifadə olunan bu modeli qış şinlərindəki protektor elementləri ilə eyni prinsip üzrə çalışır. Yol səthi ilə toxunuş zamanı lamellərin divarları öz aralarında sıx qapanır, bu isə protektor bloklarını deformasiyadan qoruyur, onların sərtliyini artırır. Sonucda isə səth təması güclənir.

Hamar kənarlara malik protektor blokları
Yeni modelin protektor cizgisi çoxsaylı ayrıca bloklardan ibarətdir. Deformasiya dəyişikliklərinin səviyyəsini azaltmaq üçün bu blokların kənarları hamarlaşdırılıb. Bu texniki həllin səbəbi ondan ibarətdir ki, yol örütüyünün səthi ilə təmas zamanı protektor blokunun düz bucağı yolun nahamarlığına görə deformasiyaya uğrayır, nəticədə təmas sahəsi azalır. Əgər nəzərə alsaq ki, bu şin yüzlərlə belə bloklardan ibarətdir, təmas sahəsinin  bu səbəbdən azalması əhəmiyyətli faktor ola bilər. Blokların hamarlaşdırılmış kənarları isə yol səthinə daha yaxşı sıxılmanı və təması təmin edir.

İnnovativ rezin qarışığı
Məlumdur ki, müasir şinlərdə təmas daha çox şinin rezin qarışığından asılıdır. Bu modeldə rezin qarışığı yuxarıda qeyd olunan lamellər kimi elə bir effektiv nəticə göstərib ki, şirkət rezin qarışığını da patentləşdirib. Michelin Primacy 3 modelinin rezin qarışığının əsas keyfiyyəti digər vacib xarakteristikalara zərər gəlmədən təması yüksək səviyyəə təmin etməsidir. Bu nəticəyə rezinin tərkibinə üç elastomer, sintetik mənşəli plastifikator və silikon tərkibli maddə əsaslı möhkəmləndirici agentin əlavə edilməsi ilə nail olunub. 
Michelin şirkəti bu modeli hazırlayarkən onun yanacaq sərfiyyatını aşağı salması faktoruna da diqqət ayırıb. Şirkət mütəxəssisləri bu modeldə onun konstruksiyasını təkmilləşdirən növbəti addımı atıblar: protektoru əlavə qatlarla zənginləşdirib mikrodeformasiyanın qarşısını alıblar. Bu isə hərəkət zamanı şinin qızmasının qarşısını alır ki, nəticədə yırğalanmaya müqavimət, eyni zamanda yanacaq sərfiyyatı da aşağı düşür.

Michelin Primacy 3 şininin əsas keyfiyyətləri
— təmas sahəsinin ölçülərinin maksimum artırılması sayəsində istənilən şəraitdə əla səth təması;
— çoxsaylı proterktor blokları sayəsində xüsusilə də yaş səthlərdə əla sürətlənmə və əyləcləmə effektivliyi;
— beş uzununa qövs bütün sürət diapazonlarında kurs stabilliyini təmin edir;
— aquaplanning effektinə qarşı yüksək dayanıqlılıq isə dörd uzununa və çoxsaylı çarpaz kanallardan ibarət drenaj sistemi sayəsində qazanılıb;
— rezinin tərkibində istifadə olunan maddələr hərəkətdə çox aşağı qızma həddi müəyyənləşdirir. 
T5800692182
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M