Təkər stokda bitmişdir. 235/45 R17 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Rusiya
  • R (170 km/saat)
  • 97 (730 Kq)

Sərt Şimal şəraitində komfort - TƏHLÜKƏSİZLİK VƏ RAHAT SÜRMƏ ÜÇÜN TİKANSIZ TƏKƏR 

Bu təkər 56 ölçüdə 13 - 20 düym diametr aralığında istehsal olunur. Belə geniş çeşid sırası isə müasir sərnişin avtomobillərində rahatlıqla istifadəsini asanlaşdırır. Təkər idarəetməyə, rahatlıq və təhlükəsizliyə önəm verən sürücülərə hədəflənib.

Nokian Cryo Crystal
Şimali Avropa ölkələri üçün hava şəraitinin qəfil və kəskin dəyişməsi xarakterikdir. Yeni rezin qarışığı Nokian Cryo Crystal qış aylarında istənilən səth ilə etibarlı təması təmin edir. Bu yeni rezin qarışığının müstəsna keyfiyyəti almaz kristallarını xatırladan xırda hissəcikləridir. Səth ilə təmas anında bu hissəciklər sanki buza "səpilirlər" və buzun səthi ilə şinin protektoru arasında ideal təmas yaradırlar. Üstəlik bu cür keyfiyyətli təmas hətta protektorun dərinliyi kritik 4 mm-lik həddə çatdıqda belə öz qüvvəsində qalır. Bundan başqa rezin qarışığının tərkibi silika ilə zənginləşdirilib. Bunun nəticəsində isə şinin işlək temperatur diapazonu kifayət qədər genişlənib və şinlər həm yaş, həm də quru səthlərlə asanlıqla təmas qura bilirlər. Silika tərkibli rezin qarışığında həm də təbii kauçuk olduğuna görə, onların optimal qarşılıqlı fəaliyyətini təmin etmək üçün qarışığa kolza yağı əlavə olunub. Bu yağ isə aşağı temperaturlarda çalışmaq üçün katalizator rolunu oynayır. İstifadə olunan təbii kauçuk isə təkərə yüksək səviyyəli elastiklik bəxş edir.

Protektorun yeni cizgisi
Bu şinlərdə ideal təmas və balanslaşdırmanı təmin edən başqa bir element protektorun yeni cizgisidir. Özündən əvvəlki nəsil şinlərdən fərqli xüsusiyət çıxıntıların (ламел) sayının çoxalması və protektorun dizaynının buz üzərində rahat hərəkəti təmin edən daha aqressiv görünüş almasıdır. Çıxıntılardan başqa Nokian Hakkapeliitta R2 təkərinin protektoru bloklar arasında xüsusi dişlərlə də təchiz edilib. Bunlar da da təmas vaxtı effektivliyi daha da artıraraq tormozlanma və sürət yığma zamanı (xüsusilə də buz üzərində) onu maksimuma çatdırır. Dişlər protektorun tormozlanma zamanı daha çox qüvvə sərf edən çiyin zonalarında yerləşir. Bundan əlavə protektorun blokları arasında yetərincə böyük məsafənin olması protektorun kanallarına qar çamurunun dolub qalmasının qarşısını alır. Yeniliklərlə yanaşı digər şinlərdə tətbiq olunan və kifayət qədər effektiv element olan nasos-çıxıntılardan da istifadə edilib. Bu protektor elementləri çiyin zonalarında yerləşir və adından da göründüyü kimi protektorun kanallarına dolan palçığı, suyu və qar çamurunu nasos kimi sorub çıxarır. Fərq yalnız ondadır ki, bu şinlərin nasos-çıxıntıları həcmdə digər rəqib şinlərdən daha böyükdür və qısa müddət ərzində daha çox suyu və qar çamurunu xaric etmək iqtidarındadırlar. Daha bir protektor elementi çıxıntıların cərgəli gücləndiriciləridir. Onlar təkcə protektorun çiyin zonalarında deyil, həm də mərkəzi hissəsində yerləşirlər. Onların əsas funksiyası torpaq yolda dəyişkən şəraitdə etibarlı təması təmin etməkdir. İş prinsipinə görə, daha geniş çıxıntı səthlə təmas zamanı yeni və nisbətən dar çıxıntını fəallaşdırır, nəticədə təmas zonasında əlavə təmas nöqtələri ortaya çıxır. Nokian Hakkapeliitta R2 təkərinin mərkəzi uzununa rimində də dəyişiklik olub. İndi rim onunla yanaşı dayanan loklarla əlaqələndirilib. Nəticədə isə daha dəqiq və stabil kurs dayanıqlığı əldə edilib və xarici təzyiqin təmas zonasında bərabər paylaşımı alınıb, idarəetmə daha etibarlı hala gəilb. Əlavə olaraq protektorun aşınmaya davamlılıq səviyyəsi yüksəlib. Məhz bu model üçün protektorun çoxqatlı quruluşu işlənib hazırlanıb. Bunun sayəsində hava şəraitindən asılı olmayaraq əla kurs dayanıqlığına nail olunub. Bütün digər şinlərdə olduğu kimi yardımçı funksiya olaraq bu şinlərdə də protektorun aşınma səviyyəsinin indikatoru - DSI mövcuddur.

Nokian Hakkapeliitta R2
təkərin əsas xüsusiyyətləri


— xüsusi rezin qarışığı Nokian Cryo Crystal sürtünən şinlərin istənilən qış səthlərində vazkeçilməz səth təmasını təmin edir;
— sayı artırılmış çıxıntılar təmas zonasında əlavə təmas nöqtələri yaradır, nəticədə isə şinin yol səthi ilə daha etibarlı kontaktı yaranır;
— xüsusi nasos-çıxıntılar təkərin drenaj sisteminin performansını artırır;
— protektor blokları arasındakı dişlər sürətlənmə və tormozlanma zamanı (xüsusilə də qar və buz üzərində) təkərlərin effektivliyini yüksəldir;
— çıxıntıların gücləndiriciləri əlavə təmas nöqtələri yaradaraq sürüşkən yolda təhlükəsizliyi təmin edir;
— aşınma səviyyəsinin indikatoru isə şinin istismar müddətinə effektiv nəzarət etməyə imkan verir.

NT00195
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M