Tekerstore.az müştərilərə şin satışından başqa bir sıra satış sonrası xidmətlər də təklif edir:
- şin montajı xidməti
- təkərlərin balans edilməsi
- təkərlərin razval olunması

Şin montajı xidməti
— köhnə şinin diskdən çıxarılması (demontaj) və yeni şinin diskə quraşdırılması (montaj) prosesidir.
Şinlər avtomobilin ən intensiv hərəkətdə olan və ətraf mühitin təsirlərinə ən çox məruz qalan hissəsidir. Onların yanlış montajı təkərlərin vaxtından əvvəl və qeyri-bərabər aşınmasına, bəzi hallarda hətta yol-nəqliyyat qəzalarına da səbəb ola bilər. Buna görə də şin montajı xidmətini mütləq şəkildə güvənli, zəruri avadanlıqlarla təchiz olunmuş servis mərkəzlərinə etibar etmək lazımdır.



Təkərlərin balans edilməsi təkərlər arasında mövcud olan disbalansın səviyyəsinin arzuolunan minimuma endirilməsi prosesidir. Şin montajı xidmətinin davamınca dərhal yeni quraşdırılmış təkərlərin balans edilməsi icra olunmalıdır. Təkərlərin balans edilməsi üçün də peşəkar avadanlıqlar və işçi heyətin olması vacib şərtdir.



Təkərlərin razval olunması - avtomobilin istənilən hərəkətli hissələrinə istənilən şəkildə müdaxilə özündən sonra təkərlərin quraşdırılma bucağında dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərin səbəbi sırasına həm də şinlərdəki təzyiqi də əlavə etmək lazımdır. Nəticədə şinlərdə qeyri-bərabər aşınma, habelə avtomobilin bir sıra hərəkətli hissələrində problemlər müşahidə oluna bilər. Buna görə də servis mərkəzini tövsiyyə etdiyi periodlarda avtomobili texniki baxışdan keçirərkən mütləq təkərlərin razval olunması xidmətini də gördürmək lazımdır.
  



Qiymət - tekerstore.az onlayn təkər satışı mağazasından təkər əldə etmiş müştərilərimiz yuxarıda sadalanan servis xidmətlərindən bizim tərəfdaş servis mərkəzlərində təklif olunan eksklüziv və çox sərfəli qiymətlə yararlana bilərlər:
   - minik avtomobilləri (sedan, hatchback, universal) üçün:  30 AZN
   - multi-van (yüngül yük) və SUV (4x4) avtomobilləri üçün: 40 AZN  

Tərəfdaş servis mərkəzləri - tekerstore.az şirkətinin rəsmi servis tərəfdaşı olan aşağıda adları qeyd olunan servis mərkəzləri bizim onlayn mağazadan əldə etdiyiniz təkərlərlə bağlı sadalanan satışsonrası xidmətləri sərfəli qiymətə  və ən yüksək səviyyədə icra etməkdən ötrü vacib olan müasir avadanlıqlar və peşəkar usta heyətinə malikdir:   


1. KIA Motors Azerbaijan rəsmi Servis Mərkəzləri
    - KIA Gənclik filialı        (ünvan: Həsən Əliyev küç.133, AZ1000)
    - KIA Bakıxanov filialı   (ünvan: Bəşir Bünyadov küç.11, AZ1040)
    - KIA Babək filialı          (ünvan: Babək pr.43C, AZ1000)
    - KIA Dərnəgül filialı     (ünvan: Əliyar Əliyev küç.36 (Çermet körpüsünün yaxınlığı), AZ1000)
2. Bosch Servis Mərkəzi
    - Bosch Yeni Yasamal filialı (ünvan: Məhəmməd Xiyabani küç.10)

Servis Mərkəzlərinə Öncədən Vaxt Təyinetmə Xidməti - tekerstore.az saytından təkər əldə etmiş müştərilərimizə təklif etdiyimiz daha bir özəl xidmətimizdir. Təkərlə bağlı servis xidmətlərindən istifadə etmək üçün bizim tərəfdaş servis mərkəzlərinə yollanarkən orada növbə gözləyib vaxt itirməmək üçün bizdən təkər sifariş edən hər bir müştəriyə Öncədən Vaxt Təyinetmə Xidmətimizdən faydalanmağı tövsiyyə edirik. Bunun üçün saytda qeyd olunan əlaqə nömrələrindən hər hansı birinə zəng edib müştəri xidmətləri şöbəsinin əməkdaşına bu barədə məlumat verməyiniz kifayətdir.