Dəyərli Müştərilərimiz!


 
"tekerstore.az" internet-mağazasında sizə təklif olunan bütün şinlərə istehsalçı tərəfindən müəyyənləşdirilmiş istismar müddətinə qədər rəsmi istehsalçı zəmanəti verilir.
Qeyd edək ki, rəsmi istehsalçı zəmanəti yalnız istismar şərtlərinin pozulmadığı halda şinlərdə istehsalçı xətasından yaranmış daxili və xarici nöqsanları əhatə edir. Əgər xarici nöqsanları istehsalçı və ya istehlakçı ilk baxışdan aşkarlaya bilirsə, daxili nöqsanlar yalnız montaj prosesində və ya istismar zamanı aşkara çıxır. 
Odur ki, "tekerstore.az" internet-mağazasından sifariş etdiyiniz şinləri qəbul edərkən öncə onların xarici görünüşünü diqqətlə yoxlayın. Hər hansı bir nöqsan aşkarlayacağınız halda Siz sifarişdən imtina etmək hüququnuzdan istifadə edə bilərsiniz. Yoxlama bitdikdən sonra əgər hər hansı iddia və ya etirazınız yoxdursa, mütləq satış nümayəndəsinin təqdim etdiyi sənədi (qaiməni) imzalayın və bir nüsxəsini mütləq özünüzdə saxlayın.
Alışdan sonrakı istismar müddətində əldə etdiyiniz şinlərdə hər hansı nöqsan meydana çıxarsa, dərhal bizim ofislə əlaqə saxlayın və alış zamanı Sizə təqdim olunan sənədlə bizim ofisə yaxınlaşıb nöqsanlı məhsulu təqdim edin. Zəmanət üzrə istisaslaşmış əməkdaşımız həmin məhsulun Azərbaycanda rəsmi nümayəndəsi ilə birlikdə məhsul üzrə ekspertiza həyata keçirəcək. Əgər ekspertiza nöqsanın həqiqətən də istehsalçı xətasından ortaya çıxdığını təsdiqləyərsə, o zaman ya  Sizin nöqsanlı şin yenisi ilə əvəzlənəcək, ya da ödədiyiniz məbləğ Sizə geri qaytarılacaq. Lakin ekspertiza nöqsanın yanlış istismar nəticəsində meydana çıxdığını aşkar edərsə, o zaman şinə verilən rəsmi istehsalçı zəmanəti qüvvədən düşmüş elan olunacaq.


Xatırladaq ki, şinlərə verilən rəsmi istehsalçı zəmanəti aşağıdakı hallarda qüvvədən düşmüş hesab olunur:

  • şinin alışını təsdiq edən sənəd yoxdursa;
  • müştəri tərəfindən avtomobil şinlərinin istismar qaydalarına riayət olunmayıbsa;
  • şinlərin doğru saxlanmaması ilə bağlı zədələr yaranıbsa;
  • deformasiyaya (korroziyaya) uğramış və ya avtomobil üçün nəzərdə tutulmayan ölçülü diskdən istifadə nəticəsində şində zədələr yaranıbsa;
  • təyin edilmiş sürət rejiminə riayət olunmaması səbəbindən şinlərdə problemlər meydana çıxıbsa;
  • nəqliyyat vasitəsinin normadan artıq yüklənməsi nəticəsində şinlərdə zədələr yaranıbsa;
  • şinlərdə qarşısıalınmaz qüvvələrin təsirilə zədələr yaranıbsa;
  • şinlərdə təzyiq normadan yüksək və ya aşağı olduğu halda avtomobilin idarə olunması səbəbindən şinlərdə zədələr formalaşıbsa;
  • konkret avtomobil üçün uyğun olmayan tipdə, ölçüdə və quruluşda şindən istifadə edildikdə;
  • şinlər qeyri-peşəkar montaj və balanslaşdırma nəticəsində zədələnibsə;
  • oxunda razval problemi olan nəqliyyat vasitəsində balanslaşdırma olunmadan şinlərdən istifadə nəticəsində zədələr yaranarsa və ya intensiv aşınma baş veribsə;
  • şinlərdən mövsümə görə istifadə olunmayıbsa; 
  • şinlər səthinə düşən kimyəvi aktiv maddələrin təsiri nəticəsində zədələnibsə.