Təkər stokda bitmişdir. 285/30 ZR19 XL ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Çexiya
  • Y (300 km/saat)
  • 98 (750 Kq)

Continental ContiSportContact 5P şininin xarakteristikası 

Continental ContiSportContact 5P şini əsl peşəkarların seçimidir. İdman sinfinə aid avtomobillər üçün nəzərdə tutulmuş xüsusi hazırlanma texnologiyası ilə ərsəyə gələn bu şinin protektorunun fərqli cizgisi yüksək sürət həddində belə avtomobilin hərəkətini stabilləşdirməyə imkan verir. Şinin ortasındakı 2 uzununa qövs yol səthi ilə daha böyük təmas sahəsini təmin edir. Bu fakt səth ilə daha optimal təmasa zəmanət verməklə avtomobilə sürətlənmə zamanı bütün gücünü ortaya qoymağa şərait yaradır. 

- ideal dərəcədə dəqiq sükan idarəetməsi və idman tərzində idarəetmə
- döngələrdə super səth təması və dayanıqlıq
- ön və arxa oxun xüsusi tələblərinə optimal cavab verir
- həm yaş, həm də quru yollarda qısa tormoz yolu

İdeal səviyyədə dəqiq sükan idarəetməsi və idman tərzində idarəetmə
 
ContiSportContact™ 5P şini dəqiq sükan idarəetməsi və istənilən şəraitdə maksimum səth təması sayəsində avtomobili tam nəzarət altında saxlamağa imkan verir. Bu şinlər özünün bu göstəricilərini dayanıqlığın son dərəcə vacib faktor olduğu arxaçəkişli avtomobillərdə daha bariz şəkildə nümayiş etdirir. 

Döngələrdə super səth təması və dayanıqlıq
 
Avtomobilin hansı yolla hərəkət etməsindən asılı olmayaraq şinlər yol səthinə asanlıqla adaptasiya olur. Yüksək sürətlə döngələrə girərkən bu fikir daha qabarıq öz əksini tapır. Avtomobilə əlavə manevr imkanları verən protektorun yan çiyinləri də xüsusi diqqətə layiqdir. Qəfil dönmələr zamanı avtomobili idarə edərkən bu keyfiyyət sürücüyə çox lazım olur. Mütəxəssislər bu şində dərhal 2 protektor sistemindən istifadə ediblər: blok və qövs. Bunlardan birincisi avtomobili yaş səthlərdə daha dayanıqlı edirsə, ikincisi avtomobilin manevr qabiliyyətini gücləndirir. 

Həm yaş, həm də quru yollarda qısa tormoz yolu
 
Avtomobil yarışlarında tətbiq olunan innovativ Continental Black Chilli texnologiyası kütləvi istehlak üçün nəzərdə tutulan ContiSportContact 5P şinlərində də istifadə olunur. Bu isə yüksək sürət həddində həm təhlükəsizliyi təmin edir, həm də effektiv tormozlanmaya şərait yaradır. Continental ContiSportContact 5P şinlərinin əla tormozlanma qabiliyyətini xüsusi blok sistemi təmin edir. Bu sistemin ayrı-ayrı elementləri öz aralarında əlaqələndirilərək tormoz yolunu effektiv dərəcədə qısaltmağa nail olur. 

Beləliklə, Continental ContiSportContact 5P şini avtomobilin dayanıqlığı və idarəetməsi ilə xarici eleqant dizaynı birləşdirir.

03589900000
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 230 M 690 M
6 ay 115 M 690 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 230 M 690 M
6 ay 115 M 690 M