Goodyear Eagle
F1 Asymmetric 5 şininin xarakteristikası
Yay
tekeri Goodyear Eagle F1 Asymmetric 5 Şimali
Amerika şin istehsalçısının
yeni məhsullarından biridir. Model özündən əvvəlki Asymmetric 3 modelinin
yaxşılaşdırılmış xarakteristikaları ilə fərqlənir.
«Aktiv
tormozlanma» texnologiyası
Bu modelin əsas yeniliklərindən biri
ActiveBraking adlanan texnologiyadır. Onun mahiyyəti şinin tormozlanma
zamanı təmas nöqtəsinin ölçülərini böyüdə bilmək qabiliyyətindədir. Bu
funksiya protektor bloklarının
optimallaşdırılmış konstruksiyası hesabına təmin olunur. Bu bloklar sürətlənmə
zamanı əvvəlcədən müəyyənləşdirilmiş şəkildə formalarını dəyişirlər. Bu isə təmas
nöqtəsinin ölçülərini böyüdür və tormozlanma zamanı səth ilə təması
yaxşılaşdırır.
«Təması gücləndirən»
Bu shinin hazırlanmasında
tətbiq olunan digər texnologiya Grip Booster adlanır. Bu, tərkibinin böyük hissəsi
yeni nəsil silikadan ibarət qarışıqdır. Bu komponentin sayəsində protektor sözün həqiqi
mənasında yolun nahamarlıqlarını "qucaqlayaraq" yola yapışır. Bundan əlavə
rezin qarışığın tərkibinə müxtəlif polimerlər daxildir. Onların köməyilə
qarışığın bircinsliliyi təmin olunur, yüksək sürət həddində protektorun tamlığı
qorunur. Bu maddələr protektorun yırtılmalara qarşı davamlılığını artırır.
Sükanın
dönmələrinə bir göz qırpımında reaksiyalar və uzunömürlülük
Böyük çəkiyə malik olmasına baxmayaraq, təkər müxtəlif
istiqamətlərdən gələn sürət qüvvələrinin təsiri qarşısında formasını qoruyaraq
dinamik deformasiyalara qarşı dayanıqlı qalır. Bu işdə böyük pay shinin karkasının
öhdəsinə düşür. Karkas bütövlükdə müasir sintetik materiallardan hazırlanıb və
üstün sərtliyi ilə fərqlənir. Belə «dəstək» sükan dönmələrinə bir göz
qırpımında reaksiya verməyi və təmas nöqtəsinə düşən xarici yükü bərabər paylaşdırmanı
təmin edir. Bütün bunlar isə idarəetməyə və şinin istismar müddətinin
uzadılmasına müsbət təsir göstərir.
Goodyear
Eagle F1 Asymmetric 5 şininin əsas xüsusiyyətləri
— əvvəlki modellərə nisbətən qısaldılmış tormoz
yolu;
— optimallaşdırılmış rezin qarışığı sayəsində
yaxşılaşdırılmış səth təması;
— sərt karkas konstruksiyası sayəsində idarəetmədə
yüksək operativlik və uzunmüdətli istismar dövrü.