• Edilmir
  • Edilmir
  • Marka zəmanəti
  • Almaniya
  • Y (300 km/saat)
  • 100 (800 Kq)
Goodyear Eagle F1 Asymmetric 5 şininin xarakteristikası 

Yay tekeri Goodyear Eagle F1 Asymmetric 5 Şimali Amerika şin istehsalçısının yeni məhsullarından biridir. Model özündən əvvəlki Asymmetric 3 modelinin yaxşılaşdırılmış xarakteristikaları ilə fərqlənir. 

«Aktiv tormozlanma» texnologiyası 
Bu modelin əsas yeniliklərindən biri ActiveBraking adlanan texnologiyadır. Onun mahiyyəti şinin tormozlanma zamanı təmas nöqtəsinin ölçülərini böyüdə bilmək qabiliyyətindədir. Bu funksiya protektor bloklarının optimallaşdırılmış konstruksiyası hesabına təmin olunur. Bu bloklar sürətlənmə zamanı əvvəlcədən müəyyənləşdirilmiş şəkildə formalarını dəyişirlər. Bu isə təmas nöqtəsinin ölçülərini böyüdür və tormozlanma zamanı səth ilə təması yaxşılaşdırır. 

«Təması gücləndirən» 
Bu shinin hazırlanmasında tətbiq olunan digər texnologiya Grip Booster adlanır. Bu, tərkibinin böyük hissəsi yeni nəsil silikadan ibarət qarışıqdır. Bu komponentin sayəsində protektor sözün həqiqi mənasında yolun nahamarlıqlarını "qucaqlayaraq" yola yapışır. Bundan əlavə rezin qarışığın tərkibinə müxtəlif polimerlər daxildir. Onların köməyilə qarışığın bircinsliliyi təmin olunur, yüksək sürət həddində protektorun tamlığı qorunur. Bu maddələr protektorun yırtılmalara qarşı davamlılığını artırır. 

Sükanın dönmələrinə bir göz qırpımında reaksiyalar və uzunömürlülük 
Böyük çəkiyə malik olmasına baxmayaraq, təkər müxtəlif istiqamətlərdən gələn sürət qüvvələrinin təsiri qarşısında formasını qoruyaraq dinamik deformasiyalara qarşı dayanıqlı qalır. Bu işdə böyük pay shinin karkasının öhdəsinə düşür. Karkas bütövlükdə müasir sintetik materiallardan hazırlanıb və üstün sərtliyi ilə fərqlənir. Belə «dəstək» sükan dönmələrinə bir göz qırpımında reaksiya verməyi və təmas nöqtəsinə düşən xarici yükü bərabər paylaşdırmanı təmin edir. Bütün bunlar isə idarəetməyə və şinin istismar müddətinin uzadılmasına müsbət təsir göstərir. 

Goodyear Eagle F1 Asymmetric 5 şininin əsas xüsusiyyətləri 
— əvvəlki modellərə nisbətən qısaldılmış tormoz yolu; 
— optimallaşdırılmış rezin qarışığı sayəsində yaxşılaşdırılmış səth təması; 
— sərt karkas konstruksiyası sayəsində idarəetmədə yüksək operativlik və uzunmüdətli istismar dövrü.
002177
/
Tigar All Season 245/45 R18 100Y XL
All Season
245/45 R18 XL
100 Y Serbiya
4 fəsil təkəri
4x4 (SUV) təkərləri
228 M
Ətraflı
Zəng et
SİFARİŞLƏ
Yokohama BluEarth-GT AE51 245/45 R18 100W XL
BluEarth-GT AE51
245/45 R18 XL
100 W Rusiya
Yay təkəri
Sedan təkərləri
266 M
Ətraflı
Zəng et
Roadstone N Fera SU1 245/45 R18 100Y XL
N Fera SU1
245/45 R18 XL
100 Y Cənubi Koreya
Yay təkəri
Sedan təkərləri
209 M
Ətraflı
Zəng et