• Edilmir
  • Edilmir
  • 30000 km
  • Türkiyə
  • V (240 km/saat)
  • 91 (615 Kq)

GOODYEAR EAGLE SPORT ŞİNİNİN XARAKTERİSTİKASI 

Goodyear şirkəti Eagle Sport tekerlerini Goodyear Eagle modelinə əvəz olaraq istehsal etməyə başlayıb. Yeni şin modeli dərhal Goodyear TripleTred, ComforTred, Fuel Max, TredLock və Durawall adlanan bir sıra yeni modern texnologiyalara sahiblənib. 
TredLock texnologiyası tekerin səthində manevr zamanı yaş yol səthində stabilliyi təmin etməyə xidmət edən mikrocığırlardan ibarətdir. Dişşəkilli cizgi yağışlı və qarlı havada yol ilə daha yaxşı təmas qurulması üçün nəzərdə tutulub. 
Goodyear TripleTred texnologiyası isə protektorun istiqamətlənmiş cizgisindən ibarət olub istənilən hava şəraitində çəkim gücünü artıracaq üç müxtəlif zonaya ayrılır: quru səth, yaş səth və qarlı səth. Bu zonaların adları təyinatlarına uyğun hava şəraitindən götürülüb: Water Zone, Dry Zone və Ice Zone. 
Onların hər birinin öz funksiyası var. Ice Zone qarlı və buzlaşmış yollarda təması təmin edir. Bu zonanın materialı qış rezininin şüşəli liflər və vulkanik qum ilə sintezindən ibarətdir. Water Zone zonasında isə qarışığın tərkibində yaş səthlərdə çəkimi artıran və uzunmüddətə istifadəni mümkün edən daha çox silika var. Bu zona həm də protektora dolan suyu xaric edir. Nəhayət Dry Zone quru səthlərdə güvənli stabillik və manevrliliyi, yüksək perfomansı təmin edən xüsusi tərkibə malikdir. 
ComforTred dəbdəbəli sedan və kupelər üçün nəzərdə tutulmuş mötəbər texnologiyadır. Bu texnologiya istənilən hava şəraitində aşınmaya davamlılığı artırmaq və çəkim gücünü yüksəltmək üçün hazırlanmışdır. Şinin ComforTred texnologiyası ilə təchiz olunmuş xarici hissəsində yumşaq, sakit və komfortlu sürüşü təmin edən, bir-birnə yaxın yerləşdirilmiş bloklardan ibarət simmetrik protektor cizgisi mövcuddur. Protektorun altında yerləşən hopdurucu rezin qatı yol səthinin nahamarlığından qaynaqlanan vibrasiya və zərbələri neytrallaşdırır. 
Fuel Max texnologiyası isə protektorda xüsusi cizgi və dərinlikdən ibarət olub yanacaq sərfiyyatının aşağı salınmasına xidmət edir. 
Durawall texnologiyası yolsuzluq şinləri üçün hazırlanmışdır. Bu, yolun daşlı hissələrində xarici zərbə və kəsiklərdən qorunmaq üçün rezin qarışığının tərkibinə xüsusi davamlı birləşmələrin əlavə edilməsi hesabna başa gəlmişdir. 
Bütün bunların sayəsində Goodyear Eagle Sport  təkərin performansı buz və qar şəraitində belə əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. 
000886
/
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.