• Edilmir
  • Edilmir
  • 30000 km
  • Cənubi Koreya
  • H (210 km/saat)
  • 89 (580 Kq)
Hankook Optimo H426 təkərləri haqda
4 fəsil təkərləri olan Hankook Optimo H426 şinləri ilk olaraq Şimali Amerika bazarı üçün nəzərdə tutulsa da sonradan bütün avtomobilsevənlərə təqdim olundu. Hazırki model Kontrol Thechnology texnologiyası əsasında hazırlanıb ki, bu da sürücü, avtomobil və yol səthi arasında əlaqəni yaxşılaşdırır. Bu texnologiya təkərin təhlükəsizlik, komfort və rahat idarə göstəricilərini artırır.

Aşağı səs səviyyəsi
Təkərlərin protektor cizgilərinin hazırlanmasında əsas diqqət aşağı səs səviyyəsi, yumuşaqlıq və rahat idarəolunma arasında ideal balans yaratmağa yönləndirilib. 
Protektorun cizgisi 5 uzununa kanaldan ibarətdir ki, bu da özü-özlüyündə səs səviyyəsini aşağı salır. Yuvarlaq kənarlar isə vibrasiya zamanı səsi tənzimləyir. 

Yaş yol səthində ilişmə
Drenaj sisteminin əsas elementləri bütün protektor boyu uzanan 4 drenaj sistemidir. Onların böyüklüyü suyu asanlıqla kənarlaşdırmağa köməklik edir. Həmçinin yanaşı kanallar bir-biri ilə hərəkət istiqamətində olan iti bucaqlı cizgilərlə birləşdirilib. Bu yeniliklərin hamısı təkərin təmas nöqtəsindən böyük sayda suyu kənarlaşdıraraq aquaplaninqə qarşı dayanıqlı edir. 

İdarə zamanı stabillik və etibarlılıq
Optimizə olunmuş protektordan əlavə idarəolunmanı yaxşılaşdırmaq üçün Cənubi Koreya təkərçiləri digər vasitələrdəndə istifadə ediblər. Tekerstore.az qeyd edir ki,belə tədbirlərdən biri də astarın xüsusi formasıdır ki, disklə onun arasında boşluğu minimuma endirir. Bundan ötrü astarın içinə xüsusi kürələr yerləşdirilib, bu disklə astar arasında həm boşluğu aradan qaldırır, həm də təzyiqin bərabər paylanmasına köməklik edir. Belə bir fənd idarəolunmanı gözəçarpacaq dərəcədə yaxşılaşdırır. 

Karkasın stabil forması
Məlum olduğu kimi hərəkət zamanı karkas həm xarici, həm də daxili təzyiqə məruz qalır, nəticədə profil deformasiyaya uğrayır. Modeldə əlavə olunmuş breker və polad zolaq qatları hesabına dinamik deformasiyaları minimuma salır və istismar müddətini artırır. İndi təkərin karkası ikiqat polad brekerdən və ikiqat neylondan ibarətdir ki, bu da şini istənilən aqressiv təsirə qarşı davamlılığını artırır, həmçinin davamlılıq və idarəolunmada əla balans yaradır. 
Xüsusi protektor hesabına təkərin yan hissələri də mexaniki təsirlərə qarşı dayanıqlığı artırılıb.

Hankook Optimo H426-nın əsas xüsusiyyətləri
—  protektorun S-vari simmetrik cizgiləri istənilən hava şəraitlərində əla ilişmə təmin edir;
—  müasir 5 hissəli dizayn hesabına böyük təmas hissəsinə malikdir və möhtəşəm kurs sabitliyi qəbul edir;
—  5 hissəli yuvarlaq cizgilər səs rezonansını və vibrasiyanı azaldır;
—  4 uzununa drenaj kanalları və onları birləşdirən kiçik xətlər suyun kənarlaşdırılmasına imkan yaradır.
HNK00001
/
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.