Matador mp-47 Hectorra 3 şini haqda qısa məlumat Yüngül minik avtomobili üçün nəzərdə tutulmuş Matador mp-47 Hectorra 3 modeli bazarda münasib qiymət və əla keyfiyyət hesabına çox tələb olunan şinə çevrilib. Bu da Continental AG şirkətinin təqdim etdiyi texnologiya nəticəsində əldə olunub.
Yaş asfaltda əla təmas Bu modeli yaradanda onun yaş asfaltla təması zamanı təhlükəsizliyə çox diqqət ayırılıb. Bir neçə texniki göstəricilərə görə o yüksək vəziyyətdədir. Ən başlıcası bunu protektorun mərkəzi hissəsində 4 iri uzununa yerləşən kanallardan ibarət drenaj sistemi konstruksiyası təmin edir. Təmas nöqtəsindən çıxan sular məhz bura yönlənir. Sonra xeyli sayda köməkçi drenaj kanallar vasitəsi ilə su xaricə çıxarırılır. Onların çoxu əyri formada və kəsişən vəziyyətdə hərəkət istiqamətinə qarşı yerləşdirilib, bu da öz növbəsində şinin hydroplanning effektinə qarşı xeyli güclənməsinə səbəb olub.
Qısa dayanma məsafəsi və əla sürmə qabiliyəti Protektorun assimetrik cizgisi xeyli sayda fərdi elementlərdən ibarətdir. Lakin, onlar demək olar ki, bütöv dizayn və kütləvi ölçüsü ilə fərqlənirlər. Belə xüsusiyyətlərin ən bariz nümunəsi protektorun mərkəzi hissəsinin dizaynıdır. O iri uzununa yerləşən blokları cəmləyən 3 uzununa qövsdən ibarətdir. Onların güclü dözümlülüyü şinə sürətlənmə və dayanma zamanında tam stabilliyi və sükan tələblərinə cavabı dərhal təmin edir.
Döngələrdə sabitlik Asimmetrik protektorun hər iki hissə çiyin zonası bir-birindən xırda detallar ilə fərqlənir. Hər iki vəziyyətdə onlar xeyli sayda hərəkət istiqamətində düzbucaq altında yerləşmiş fərdi bloklardan ibarətdir. Kəskin döngə və manevr zamanı məhz əsas güc onların üzərinə düşür. Çiyin zona dizaynının özəlliyi nəticəsində böyümüş əlaqə nöqtəsinin sahəsi hətda yüksək sürətdə belə avtomobil idarəsini tam təmin edir.
Matador MP-47 Hectorra 3 şinin özəlliyi: - Hər bir sürətdə hydoplanning effektinə qarşı dözümlülük - Idman üslublu dəqiq idarəetmə - Çiyin zonalarının geniş blokları dözümlülüyü artırır, sükanın dönmə komandasına dəqiq və tez cavab verir - Rezin qatqısının xüsusi komponentləri və protektor elementlərinin optimize yerləşdirilməsi aşınmaya dözümlülüyü artırır , bu da öz növbəsində əlaqə nöqtəsinə düşən xarici ağırlığı bərabər şəkildə paylamış olur.