Təkər stokda bitmişdir. 235/60 R18 XL ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Polşa
  • V (240 km/saat)
  • 107 (975 Kq)
Michelin Latitude Cross şini haqqında məlumat

Yüngül yay şini Michelin Latitude Cross o avtomobil sahiblərinə ünvanlanıb ki, sərt örtüklü yolda çəkilmək niyyətləri yoxdur, lakin bu kompromissiz qərara görə komfortdan da vaz keçmirlər. 

Protektor dizaynı Mud Catcher
Bu model üzərində baş sındıran fransız şin mühəndisləri sərt örtüklü yolsuzluq üçün komfortu ilə fərqlənən məhsul hazırlamağa çalışdıqlarından protektoru istiqamətlənmiş cizgi və asimmetrik dizaynla təchiz ediblər. 
Protektor cizgisinin fərqli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, çoxsaylı protektor blokları formalaşdıran çoxsaylı kəsik kənarlara malkdir. Daha çox qış modellərində rast gəlinən protektor cizgisinin bu cür quruluşu müxtəlif örtüklü yollarda səth təmasını gücləndirir. Bundan əlavə çoxsaylı protektor bloklarının mövcudluğu yaş səthlərdə əyləcin effektivliyini artırır. 
Mud Catcher termini drenaj kanalları ilə ayrıca bölmələrə ayrılan protektorun çiyin zonalarının xüsusi quruluşunu ifadə edir. Onların xarakterik xüsusiyyəti orijinal oxvari formadır. Mövcud çoxsaylı çıxıntılar isə sürüşkən səthlərdə və yumşaq qruntda əla təması təmin edir. 
bu model təkcə yüksək keçicilik xüsusiyyətləri ilə deyil, həm də sərt örtüklü yollarda yüksək komfortu ilə də fərqlənir. Buna isə elastik rezin qarışığı ilə protektor bloklarının xüsusi sçeilmiş formasının effektiv mütənasibliyi sayəsində nail olunub. Protektorun blokları isə unikal əyri forması ilə seçilir və bu forma xüsusi 3 ölçülü kompüter modelləşdirilməsi yolu ilə əldə olunur. Dizayn da məhz buna görə Silent Tread adlanır.

Terrain-Proof rezin qarışığı
Müasir şinlərin ən vacib elementlərindən biri rezin qarışığıdır. Michelin Latitude Cross modelinin xarakteristikasını məhz rezin qarışığının tərkibi müəyyən edir. Rezin qarışığının hazırlanmasında mütəxəssislər əvvəllər kənd təsərrüfatı şinlərinin istehsalı üçün istifadə olunan xüsusi texnologiya tətbiq ediblər. 
Drenaj kanallarının massiv ölçüləri yolsuzluq şəraitində hərəkətdə aralıqlara daxil olan qraviy, xırda daşlar və digər yad cisimlərdən azad olmaqda şinə kömək edir və keçiciliyi yüksəldir. Bundan başqa rezin qarşığı şinin davamlılığını gücləndirir, onu zədə və kəsiklərə qarşı daha dözümlü edir.

2 lamel növü
Fransız mütəxəssisləri Michelin Latitude Cross modelini yaradarkən müxtəlif yol şəraitlərinə cavab verə bilən yüksək perfomans xüsusiyyətləri bəxş etməyə çalışıblar. Məsələnin həllində istifadə olunan vasitələrdən biri də 2 növ lamellərin tətbiqi oldu – birbaşa və S-şəkilli.
Birbaşa lamellər protektor bloklarının üst qatında yerləşməklə artırılmış uzunluğu ilə fərqlənir. Onların əsas funksional təyinatı yağışlı hava şəraitində etbarlı səth təmasını təmin etməkdən ibarətdir. Yaş yol örtüyündə əyri formalı birbaşa lamellərin iş prinsipi adi avtomobillərdəki şüşəsilənlərin işini xatırladır. 
S-şəkilli lamellər isə sürüşkən örtüklü yolda səth təmasına əlavə güc qatır. Bu isə onların yaratdığı çoxsaylı çıxıntıların hesabına baş verir. Onlar su layına daxil olaraq birbaşa səth ilə təmas qurmağa yardımçı olurlar. 

Michelin Latitude Cross şininin əsas xüsusiyyətləri
— istiqamətlənmiş asimmetrik protektor dizaynı Silent Tread yaş yolda (ot üzərində), qumda və palçıqda  əla təması təmin edir və sərt örtüklü yolda komfortu qoruyub saxlayır;
— çiyin zonasının xüsusi formalı blokalrı Mud Catcher sayəsində şin palçıqda və qarda əla keçicilik nümayiş etdirir; 
— inkişaf etdirilmiş drenaj kanalları sayəsində protektorun mükəmməl özünütəmizləmə göstəriciləri mövcuddur.
002668
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M