"Super
sport" seqmentinə daxil olan bu model yüksək sürət hədlərində avtomobilin
idarəetməsinə etibarlı nəzarəti qoruyub saxlamağa kömək edir.
Modelin üstünlükləri
nələrdir? - daha çox güvən və
sürət: quru və yaş yol səthlərində təhlükəsizlik:
Müasir rezin qarışığı
texnologiyaları şinin protektorunu iki müxtəlif tərkibli və müxtəlif
xüsusiyyətlərə malik rezin qarışığından hazırlamağa imkan verir. Protektorun
xarici tərəfinin rezin qarışığı texniki karbonla gücləndirilib. Texniki karbon
"24 saat Le-Man" yarışlarında istifadə olunan yarış şinlərində tətbiq
olunur və şinə yüksək sürət həddində döngələrdə müstəsna səth təması bəxş edir.
Protektorun daxili qatının rezin qarışığı isə son nəsil elomasterlərdən
istifadə olunmaqla hazırlanır və yol səthinin ən xırda nahamarlıqlarına belə
adaptasiya oluna biləcək elastiklik formalaşdırır. Həmçinin su qatını effektiv
yararaq yaş səthlərlə təması gücləndirir.
Hərəkətə nəzarət:
yüksək sürət həddində mükəmməl idarəetmə
-Twaron adlanan
dözümlü material sayəsində yüksək səviyyəli idarəetmə:Twaron – möhkəmliyi
ilə fərqlənən xüsusi maddə olub idman vasitələri istehsalında (tennis, yelkən
idmanı, dağ motosiklet yarışları və s.), moto idmanda, aviasiya sənayesində və
zirehli jilet istehsalında geniş tətbiq olunur. Twaron breker qatının saplarına
daxildir və protektorun daxilində alt qatda bütün çevrə boyunca yerləşir. Bu
material şinin yüksək sürət hədlərində deformasiyaya uğramasına imkan vermir. Məhz
bu materialın tətbiqi bu şin modelinə imkan verir ki, stabillik və idarəetməni
yüksək səviyyədə təmin etsin.
MICHELIN Pilot Super
Sport şini tormozlanmada rekord göstəriciyə sahibdir - 300-dən 0 km/saatadək.
MICHELIN Pilot Super
Sport yay şinidir və +5 dərəcə Selsi temperaturdn aşağı temperatur rejimində
istifadəsi tövsiyyə olunmur.
Michelin Pilot Super
Sport modelinin üstünlükləri: — Michelin şirkətinin
təsdiqlədiyi məlumata görə, bu model idman avtomobilləri üçün şinlər sırasında
ən sürətlisidir;
— şinin aşınmaya
davamlığı əvvəlki nəsildən 25% daha üstün olmaqlarekord qırır;
— şinin protektoru bir
neçə rezin qarışığından ibarətdir;
— avtomobilin
hərəkətindən asılı olaraq təmas zonasının ölçüsü dəyişir.