Michelin Primacy 4
şini haqqında məlumat Minik avtomobilləri
üçün yay şini Michelin Pilot Primacy yüksək səviyyəli istismar xüsusiyyətləri,
unikal asimmetrik protektor dizaynı və innovativ rezin qarışığına malikdir.
Əvvəldə qeyd olunduğu
kimi, şinin protektoru asimmetrik dizayna malikdir və iki hissədən ibarətdir.
Bunlardan biri döngələrdə dayanıqlığı, digəri isə düzxətli hərəkət zamanı
stabillik və etibarlı idarəetməni təmin edir. Primacy 4 modeli, Michelin Primacy
3 modelinin daha da təkminləşdirilmiş növüdür.
Michelin Primacy
4 şininin əsas xüsusiyyətləri
— unikal asimmetrik və
istiqamətlənmiş protektor dizaynı istənilən şəraitdə yüksək səviyyəli səth
təmasını təmin edir;
— protektorun çiyin
zonalarının gücləndirilmiş konstruksiyası sayəsində döngələrdən keçərkən yüksək
dayanıqlılıq;
— sərt mərkəzi qövs
sayəsində yüksək kurs stabilliyi və operativ idarəetmə göstəriciləri.