Təkər stokda bitmişdir. 235/50 ZR18 XL ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Rusiya
  • Y (300 km/saat)
  • 101 (825 Kq)

İDMAN ÜSLUBUNDA İDARƏETMƏ ZAMANI SOYUQQANLILIQ VƏ DƏQİQLİK

  • GÜCLÜ VƏ İDMAN ÜSLUBUNDA OLAN AVTOMOBİLLƏR ÜÇÜN YAY TƏKƏRLƏRİ!
  • DÖZÜMLÜDÜR, DƏQİQDİR VƏ SƏSİ AZDIR!
  • HƏTTA EKSTREMAL ŞƏRAİTDƏ BELƏ HƏSSAS VƏ ASAN İDARƏOLUNANDIR!
  • YAŞ SƏTHLƏRDƏ İSTƏNİLƏN TEMPERATURDA ƏLA TƏMAS!

Həcmli və sürətli kanallar
Araşdırmalar göstərir ki, yay vaxtı yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz yağışlı günlərdə baş verir. Qəfil yağış yol ilə zəif təmas və ya yolun üzəri ilə axan su təbəqəsi səbəbindən avtomobilin hərəkətinə nəzarəti ani itirmək riskini artırır. Belə hallarda sürücü heç bir şey edə bilməyərək adi sərnişin mövqeyində qalır. Nokian Tyres şirkətinin Hakka Black təkərlərində mövcud olan xüsusi həcmli və sürətli kanallar şinlərin yaş yol ilə sıx təmasını təmin edir və yolun səthi ilə axan suyun qarşısını alır. Ellips formalı bu kanallar təkərlərin yan zonasında yerləşir və məhz bu formasına görə daha çox həcmdə suyun qarşısını almağa qadirdir.

Çoxqatlı quruluş
Rezin qarışığında istifadə olunan qatqılar mütləq şəkildə şinlərin özəlliklərində öz sözünü deyir. Bu təkərlərin protektorunda istifadə olunan Nokian Intelligent UHP Silica qarışığı xüsusi olaraq yüksək sürət hədlərində intensiv istifadə üçün işlənib hazırlanmışdır. Protektorun üst qatının altındakı ara qatları kiçik molekullu nanosilika qarışığından ibarətdir. Bu cür unikal birləşmə sürətlə sürmə zamanı manevretməyə adi rezin qarışığından daha çevik reaksiya verir. Çoxqatlı quruluşun aşağı qatı xüsusi sərt rezin qarışığından ibarətdir. Bu qarışıq şinin yırğalanmasına müqaviməti və istilik ayrılmasını azaldır. Nəticədə isə tekerin aşınmaya davamlılıq qabiliyyəti yüksəlir, yanacaq sərfiyyatı və ətraf mühitə zərərli tullantıların miqdarı isə azalır.

Hydro Grooves kanalları
Təkərin daxili çiyin sahələrinə yaxın yerləşən kənarlar dərin əyri kanalları gücləndirir və şinin davranışını stabilləşdirir. Hydro Grooves adlanan bu innovasiya eyni zamanda təmas nöqtəsindəki suyu çəkib uzun kanallara ötürməklə su axınına qarşı müqaviməti gücləndirir və yağışlı havada təhlükəsiz sürüşü təmin edir.

NT00121
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M