- YAŞ ASFALT SƏTHİ İLƏ MÜQAYİSƏ OLUNMAYACAQ DƏRƏCƏDƏ EFFEKTİV TƏMAS - RAHAT VƏ BALANSLAŞDIRILMIŞ İDARƏETMƏ - ÇOX AŞAĞI YANACAQ SƏRFİYYATI - ÖZÜNDƏN ƏVVƏLKİ NƏSİLTƏKƏRLƏRƏ NİSBƏTƏN AŞINMAYA 15% DAHA DAYANIQLI
Silent Sidewall texnologiyası Unikal səsudma texnologiyası olan Silent Sidewall təkərin yan tərəfində vibrasiyanı, habelə yol ilə təmasdan qaynaqlanan digər səslərin qarşısını alan xüsusi zonada yerləşdirilib. Bu texnologiya səsin səviyyəsini aşağı salmaqla idarəetməni daha stabil və rahat hala gətirir.
Nokian Tyres Coanda texnologiyası Protektorun xanalarında yerləşdirilmiş pandusa bənzər konstruksiyadan ibarət olan bu sistem şinin kanallarının arasına dolan suyu mərkəzdən kənarlara doğru yönləndirir. Onun sayəsində hətta köhnəlmiş təkərlərdə belə su axınına qarşı müdafiə yüksək səviyyədə təmin olunur. Protektor xanalarının hərəkətliliyini azaltmaq üçün onların arasında xüsusi dayaqlar quraşdırılıb. Bu dayaqlar idarəetməni asanlaşdırır, eləcə də həm səsin səviyyəsinin tənzimlənməsinə, həm də təkərin səthinin bərabər səviyyədə aşınmasına dəstək verir.