Təkər stokda bitmişdir. 285/50 R20 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Rusiya
  • R (170 km/saat)
  • 116 (1250 Kq)

Sərt şimal şəraitində komfort və stabillik 

YOLSUZLUQ AVTOMOBİLİ SÜRÜCÜLƏRİ ÜÇÜN ƏN YENİ TEXNOLOGİYALARLA TƏCHİZ OLUNMUŞ TİKANSIZ QIŞ TƏKƏRLƏRİ 

Bu təkərlər SUV sinfinin avtomobillərində sərt və universal istifadə üçün yeni yüksək səviyyəli məhsuldur. O, qış şəraitində möhkəmlik və dəqiq təması özündə ehtiva edərək rahat idarəetməni təmin edir, yırğalanma əleyhinə aşağı səviyyəli müqavimət isə yanacağa daha çox qənaət etməyə imkan verir. 

YAŞ YOLDA, QARDA VƏ BUZDA SƏTH İLƏ BİRİNCİ DƏRƏCƏLİ TƏMAS 
HEYRƏTAMİZ KURS DAYANIQLILIĞI VƏ MÖHKƏMLİK 
İSTƏNİLƏN HAVA ŞƏRAİTİNDƏ HƏRƏKƏT ZAMANI KOMFORT 

Nokian Cryo Crystal Konsepsiyası 
Bu tikansız təkərin sirri tərkibində almaz kimi möhkəm, kristalşəkilli və çoxtərəfli mikroskopik hissəciklər olan rezin qarışığındadır. Həmin hissəciklər tikan cərgələri kimi sərt və iti kənarları ilə yol səthinə təması daha effektiv edir. Nokian Cryo Crystal konsepsiyası təkərin həm eninə, həm də uzununa səth təmasını optimallaşdırır. Bu keyfiyyət özünü buzlu səthlərdə xüsusilə effektiv nümayiş etdirir. Belə ki, 80 km/saat sürətlə hərəkət edən bu təkərin tormoz yolu əvvəlki modeldən bir neçə metr daha qısadır. Effektiv təmas hətta protektorun kanallarının aşınması zəruri 4 millimetrlik dərinliyə çatanda belə qorunub saxlanılır. Beləliklə, bu şinin performansı sübut edir ki, hətta aşınma halında belə dəqiq sükan idarəetməsi və etibarlı səth təmasını qoruyub saxlamaq mümkündür. Unikal Cryo Crystal konsepsiyası tikansız qış təkərləri üçün xüsusi olaraq hazırlanmış rezin qarışığı ilə ideal harmoniya təşkil edir. Qış üçün kriosilan tərkibli silika qarışığı istənilən temperaturda istənilən səthdə təhlükəsiz və etibarlı hərəkəti təmin edir. Qarışıq şinə buzlu, qarlı və yaş səthlərdə mükəmməl təmas imkanı və aşınmaya davamlılıq verir. 

Protektorun damaları arasındakı dişlər 
Protektorun damaları arasındakı dişlər istənilən zaman, xüsusilə də tormozlanma və sürətlənmə zamanı buz və qar üzərində səth təmasını gücləndirir. Yeni məhsulun yaxşılaşdırılmış səth təması, xüsusilə sürüşkən buzlu səthlərdə daha bariz özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi bu şinlər buz üzərində 80 km/saat sürətlə hərəkətdə olarkən tormozlanma zamanı əvvəlki modeldən bir neçə metr daha qısa tormoz yolu keçir. 

Nokian Tyres Aramid Sidewalls texnologiyası 
Qəfil situasiyalarda etibarlılıq və aşınmaya davamlılıq şinlər üçün olduqca önəmlidir. Bu təkərlərdə yan hissələrin rezin qarışığı kənardan ola biləcək zədələrə qarşı çox dayanıqlıdır. Çünki, rezin qarışığının tərkibinə hərbi sənayedə istifadə olunan aramid lifləri əlavə olunub. Aramid lifləri yan hissələrin rezin qarışığını möhkəmləndirir və kənar zərbələrə, zədələrə qarşı dözümlü edir.
NT00172
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M