Təkər stokda bitmişdir. 295/35 R21 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Finlandiya
  • V (240 km/saat)
  • 107 (975 Kq)

Qarlı  yolda və ya çamurda yol səthi ilə yüksək etibarlı təmas 

YUMŞAQ AVROPA QIŞINDA YOLSUZLUQ AVTOMOBİLLƏRİNDƏ İSTİFADƏ OLUNMAQ ÜÇÜN NƏZƏRDƏ TUTULAN TİKANSIZ ŞİN BÜTÜN SƏTHLƏRDƏ YÜKSƏK İDARƏETMƏ QABİLİYYƏTİNƏ MALİKDİR.
 

Nokian WR SUV 3 ― istənilən hava şəraitində inamlı səth təmasını saxlayan etibarlı tikansız qış təkəridir. 

TƏKƏRLƏ YOL ARASINDA QALIB TƏMASA MANE OLAN SU LAYI (AKVAPLANİROVANİE) VƏ QAR (SLEŞPLENNİNQ) YIĞINININ  ÖHDƏSİNDƏN ASANLIQLA GƏLİR!
 
QARLI VƏ QURU SƏTHLƏRDƏ  ƏLA İDARƏETMƏYƏ MALİKDİR! 
YAŞ YOLDA YÜKSƏK SƏVİYYƏLİ DAVRANIŞ NÜMAYİŞ ETDİRİR! 
MÜXTƏLİF ŞƏRAİTLƏRDƏ SÜRÜCÜYƏ İDARƏETMƏ RAHATLIĞI VERİR! 

Nokian Tyres şirkəti dünyada ilk dəfə olaraq 2 göstərici üzrə "A" markirovkalı qış təkərləri istehsal edib – yanacaq effektivliyi və yaş yol səthi ilə təmas. 265/50 R19 V ölçülü yeni Nokian WR SUV 3 təkərləri yaş yolda tormoz yolunu 18 metrə qədər, yanacaq sərfiyyatını isə 0.6 l / 100 km azaltmağa kömək edir. Nokian Twin Trac SUV Silica rezin qarışığı eyni zamanda həm səth təmasını gücləndirir, həm də yanacaq sərfiyyatını aşağı salır, Nokian Aramid Sidewalls texnologiyası isə yüksək etibarlılığı təmin edir. Yolsuzluq avtomobilləri üçün nəzərdə tutulan yenilənmiş Nokian WR SUV 3 şinlərinin 265/50 R19 V ölçüsü Porsche Cayenne, Audi Q7, BMW X5, Volkswagen Amarok, Volkswagen Touareg, Mercedes Benz ML, Jeep Grand Cherokee, Volvo XC 60 kimi avtomobillərdə istifadə olunur. 
Sürtünən qış təkərləri Nokian WR SUV 3 temperatur rejimi 0° olan, əsasən yağış və sulu qar olmaqla böyük həcmdə yağıntıların düşdüyü yumşaq qış şəraitində istifadə olunmaq üçün hazırlanıb. Yenilənmiş Nokian WR SUV 3 (265/50 R19 V) təkərlərində yolsuzluq avtomobillərində istifadə üçün nəzərdə tutulmuş xüsusi Nokian Twin Trac SUV Silica adlı rezin qarışığından və Nokian Aramid Sidewalls texnologiyasından istifadə olunur. Bu səbəbdən avtomobilsevərlər qarlı və yaş yolda əla səth təması, habelə dəqiq və effektiv idarəetmədən həzz ala bilərlər.  
Son illərdə avtomobil istehsalçıları təhlükəsizliyə daha çox diqqət ayırır, ətraf mühit üçün zərərli tullantı olan karbon qazının həcmini azaltmağa çalışırlar. Hətta böyük həcmli tamçəkişli yolsuzluq avtomobillərinin model sırasında ətraf mühitə zərər vurmayan hibrid modellər də meydana gəlib. 

Nokian WR SUV 3 tekerleri yırğalanma əleyhinə kateqoriyasını alaraq eyni nominasiyanı yanacaq sərfiyyatı üzrə də təsdiqlədən ilk qış şinləridir. Ən yaxşı və ən pis yanacaq sərfiyyatına malik şinlər arasında bu fərq təxminən 0,6 l /100 km təşkil edir. Asan fırlandığına görə şinlər eyni zamanda ətraf mühitə daha az - 14 q/кm-ə qədər CO2 qazının buraxılmasına da kömək edir. 

Avropa markirovkası üzrə yaş yolda maksimum səth təması bu tip yollarda yüksək səviyyyəli təhlükəsizlikdən xəbər verir. Yüksək keyfiyyətli doğru şin seçimi tormoz yolunu 18 metrə qədər azaltmağa səbəb ola bilər, bu isə təxminən 4 avtomobilin gövdəsinin uzunluğuna bərabərdir.

İnnovasiyalar və sınaq yoxlamaları  –  etibarlı səth təması və aşağı yanacaq sərfiyyatı 
Yeni məhsul hazırlamanın gərgin zəhmət tələb edən prosesinə davamlı kompüter modelləşdirilməsi və real şəraitlərdə bütün komponentlər üzrə sınaqdan çıxarmaq daxildir. Qışda yol səthi ilə əla təmas və yüksək səviyyəli idarəetməyə Nokian WR SUV 3 tekerleri protektorun funksional cizgisi və xüsusi innovasiyaların yolsuzluq avtomobillərinin şinləri üçün hazırlanan Nokian Twin Trac SUV Silica rezin qarışığı ilə vəhdəti sayəsində nail olub. Protektorun unikal rezin qarışığına çətin qış şəraitində istifadə üçün hazırlanmış Nokian Hakkapeliitta rezin qarışığı və daha yumşaq hava şəraitlərində əla istismar xarakteristikaları vəd edən silika əsaslı rezin qarışığı daxildir. Nəticə olaraq Nokian Twin Trac SUV Silica adlanan rezin qarışığı formalaşır. Onun tərkibinə təbii kauçuk, silika və kolza yağı daxildir; molekulların unikal paylaşımı qarlı və yaş yollarda maksimal səth təması nümayiş etdirməyə imkan verir. Protektorun cizgisi sayəsində şinlər yırğalanmaya daha aşağı müqavimət göstərir və nəticədə ənənəvi rəqib şinlərə nisbətən daha aşağı yanacaq sərfiyyatı və ətraf mühitə daha az zərərli tullantı dərəcəsinə nail olunur. Bu innovativ rezin qarışığı həmçinin şinin dayanıqlılığı və aşınmaya davamlılığını da gücləndirir. 

Rahat və etibarlı sürmə
 
Avropa markirovkasına uyğun olaraq əgər markirovkada bir səs dalğası varsa, bu, hərəkətdə daha aşağı səs səviyyəsi deməkdir. Nokian WR SUV 3 inqilabi qış şinlərinin 265/50 R19 ölçüsü V sürət indeksinə malikdir, bu isə maksimum 240 km/saat sürətlə hərəkət etmək deməkdir. Yolsuzluq avtomobillərinin şinləri adətən yan hissədən gələn zərbələrdən zədələnir. Nokian WR SUV 3 şinlərində istifadə olunan Nokian Aramid Sidewalls texnologiyası sayəsində həmin zərbə və kəsiklərdən maksimum qorunur. Belə ki, rezin qarışığının tərkibinə aviasiya və hərbi sənayedə istifadə edilən, aşınma və kəsiklərə qarşı çox davamlı aramid lifləri daxildir. 

Əsas innovasiyalar
:
 

Nokian Twin Trac SUV Silica rezin qarışığı 

Yol səthi ilə dəqiq təmas, aşınmaya yüksək davamlılıq və aşağı yanacaq sərfiyyatı. Tərkibində təbii kauçuk, silika və kolza yağı olan Nokian Twin Trac Silica rezin qarışığının hissəciklərinin unikal paylaşımı qarlı və yaş yol səthləri ilə əla təması təmin edir. Yırğalanmaya qarşı həddən artıq aşağı səviyyəli müqavimət yanacaq sərfiyyatını aşağı salır. 

Nokian Aramid Sidewalls
 texnologiyası 
Unikal uzunömürlülük. Bu şinlərin yan hissələrinin rezin qarışığının tərkibinə aviasiya və hərbi sənayedə istifadə olunanaşınma və kəsiklərə davamlı, möhkəm aramid lifləri daxildir. Aramid lifləri şinlərin yan divarlarını gücləndirir, xarici zərbələrə qarşı daha davamlı edir. 

Protektorun cizgisi 
Sürmə zamanı əminlik, çamurun aradan qaldırılması. Simmetrik istiqamətlənmiş protektor cizgisi (fırlanma istiqaməti ilə eyni olmaqla) stabil idarəetməni təmin edir, protektor ilə yolun səthi arasında yaranan su və çamur layına qarşı müdafiəni təmin edir. Protektorun gücləndirilmiş çıxıntıları (ламел) və damaları səth təmasına əlavə güc qatır. 

Qar dırnaqları (
 Snow  Claws ). Qarda maksimum səth təması 
Qar dırnaqları uzununa və diaqonal kanallarda qış yollarında güclü səth təması üçün formalaşdırılıb. Onlar yumşaq qarda və qruntda effektiv səth təmasını təmin edir. 

Pilləvari kanallar (Groove Lifts) 
Nəzarətdə olan, dəqiq idarəetmə. Protektorun xanalarında gücləndirilmiş Groove Lifts kanalları quru səthlərdə idarəetməni yaxşılaşdırır, onu nəzarətdə saxlayır və stabilləşdirir. Kanalların yeni forması həmçinin böyük olmayan daşlarla kanalların bloklanmasının qarşısını alır. 

3D 
qapanan çıxıntılar (ламел) 
Yaxşı və daha möhkəm idarəetmə. Şinin bir çiynindən o birinə qədər yerləşən qapanan 3D çıxıntılar döngələrdə və çevik manevrlərdə idarəetməni gücləndirir. Düz çıxıntılardan fərqli olaraq 3D çıxıntılar quraşdırılmış çıxıntı mexanizmi hesabına açıldıqda protektorun xanalarını dəstəkləyir.

NOK0030
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 0 M 0 M
6 ay 0 M 0 M