Dünya şöhrətli şin istehsalçılarının geniş məhsul çeşidlərini təklif edən"Tekerstore.az" online sifariş saytına xoş gəlmisiniz!  
Avtomobili həm yay, həm də qış mövsümünə hazırlamaq, habelə etibarlı ehtiyattəkərə sahib olmaq üçün kompüterinizdən, eləcə də mobil telefonunuzdan "Tekerstore.az" online sifariş saytına daxil olmaq kifayət edir. Bu internet-mağazaya daxil olan hərbir avtomobil sahibini münasib qiymət, operativ çatdırılma, fərdi yanaşma vəgeniş məhsul çeşidi gözləyir. Saytda təklif olunan məhsulların hər birihaqqında ətraflı məlumatın yerləşdirilməsinə baxmayaraq hər zaman onlaynrejimində çalışan təcrübəli satış mütəxəssisləri müştəriləri maraqlandıransorğuları böyük həvəslə və peşəkarcasına cavablandırmağa hazırdırlar.
Yəqinki, bizim elan və ya reklamlarla tanış olub "Tekerstore.az" online sifariş saytına daxil olmazdan öncə hər kəs belə bir sualla üz-üzə qalır: "Nəyəgörə mən şin seçimimi "Tekerstore.az" saytında etməliyəm"?Bu suala bizim aşağıda qeyd oluan üstünlüklərimizi oxuduqdan sonra cavab tapabilərsiniz:
1.Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək bizAzərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor vədilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verirki, şin bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq,müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni şin modellərini çox sərfəli və endirimliqiymətlərlə təklif edək;
2.  Lassa, Petlas, Michelin, Goodyear, Continental, Pirelli, Hankook, Nokian Tyres,Bridgestone, Roadstone, Kumho, Riken, Laufenn, Sava, Fulda, Debica, Barum, Yokohama, Tigar, BFGoodrich, Winda? Maxxis və s. bu kimi şin istehsalı nəhəngləri ilə əməkdaşlıqmüqavilələrimizin mövcudluğu müştərilərimizə orijinal və istehsalçı zəmanətiilə təmin edilmiş keyfiyyətli məhsullar təklif etməyimizə imkan yaradır;
3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həmölçülər, həm mövsümlər, həm də avtomobi markaları üzrə şin axtarışı üçün rahatvə funksional sistemin mövcud olmasına baxmayaraq, bizim mütəxəssislər onlaynrejimdə sizin əldə etmək istədiyiniz məhsulla bağlı istənilən sualınızıcavablandırmağa hazırdırlar. Bunun sayəsində «Tekerstore.az» online sifariş saytındanşin sifariş vermək çox asan və rahatdır;
4. Əlavə olaraq, müştərilərimizin məmnuniyyətini ən yüksək səviyyədə təmin etməküçün sifarişlərin Bakı və regionlar üzrə çatdırılması xidmətini də təklifedirik.
«Tekerstore.az» saytının xidmətlərindən faydalanmaqla siz həm əslservisin nə olduğunu görüb qiymətləndirəcək, həm də  avtomobilinizin daha təhlükəsiz və rahatşinlərlə təmin olunmasına nail olacaqsınız.    
Şinləravtomobilin əsas elementi olmaqla onun hərəkətinin təminatçısıdır. Məhz şinlərinkeyfiyyəti yolda hərəkətin rahatlığı və təhlükəsizliyini müəyyən edir. Təcrübəlisürücülər yaxşı bilirlər ki, avtomobil üçün şin alarkən "qənaət"etmək olmaz, bu zaman qiyməti deyil, ən müasir texnologiyaların imkanlarıhesabına başa gələn ən etibarlı və dözümlü şinləri seçmək lazımdır.

Uğurlualış-verişlər!  

Hörmətlə,
"Tekerstore.az" komandası