BRIDGESTONE DUELER A/T 697 ŞİNİ HAQQINDA
Məşhur yapon təkər istehsalçısından universal təkər kimi təqdim olunan Bridgestone Dueler A/T 697 modeli daha bir populyar model olan A/T 694 təkərlərini əvəz edir. Yeni model əvvəlki kimi premium sinfinin yüksək keçicilik qabiliyyətinə malik avtomobillərdə istifadə üçün nəzərdə tutulub.
Tekerlerin hazırlanmasında şirkətin ən müasir texnologiyalarının köməyindən istifadə olunub. Protektorun istiqamətlənməmiş simmetrik cizgisi ultramüasir görünüşü ilə fərqlənir. Protektor cizgisi 2 çiyin zonasına və 3 mərkəzi rimə malikdir. Mərkəzi rimlərin hər biri ayrıca massiv bloklardan ibarətdir.
Həmçinin yoldakı su layının, qar və palçığın şinlə yolun təmas zonasından uzaqlaşdırılmasını qeyd etmək lazımdır. Bu, kanal və cığırların yaxşılaşdırılmış və təmas zonasında suyun sirkulyasiyasını gücləndirən axıcı forması hesabına baş verir, habelə təkərlərin özünütəmizləmə göstəricilərini yaxşılaşdırır. Bundan başqa kanalların xüsusi quruluşu protektorun sərtliyini artırmaq üçün öz formasını dəyişməsinə imkan verir.
Xüsusi qeyd olunası digər məqamlar protektorun çiyin zonaları, blokların tikişsiz kombinasiyası və qrunt yolda hərəkət imkanıdır. Bütün bunlar çiyin zonalarını protektorun ayrılmaz hissəsi kimi möhkəm birləşdirir. Həmin zonalarda yerləşən blokların forma və hündürlüyü kompüter modelləşdirməsi hesabına optimallaşdırılıb. Bunun da nəticəsində səsin səviyyəsi aşağı salınıb və aşınmaya davamlılığı yüksəldilib.
BRIDGESTONE DUELER A/T 697 ŞİNLƏRİ
— Protektorun innovativ dizaynı əla idarəetməni və səthindən asılı olmayaraq bütün yol şəraitlərində əla səth təmasını təmin edir;
--- Protektorun unikal forması və blok quruluşu sayəsində
şinlər əla keçicilik xüsusiyyətlərinə malikdirlər;
— Protektorun cizgisinin kompüter modelləşdirilməsinin köməyilə optimallaşdırılması sayəsində səs səviyyəsi aşağı salınıb.