Çatdırılma xərci nəqədərdir?
Müştəri məmnuniyyətinə böyük önəm verən "tekerstore.az" internet-mağazası ondan şin sifariş edən müştərisinə bir sıra satış sonrası xidmətlər təklif edir. Onlardan biri də ÇATDIRILMA XİDMƏTİDİR. Çatdırılma Müştəri tərəfindən məhsulun alınmasıprosesini tamamlayan bir xidmətdir. Tekerstore.az internet-mağazasında bu xidmət məsafədən asılı olaraq pulsuz və ya ödənişli ola bilər. 
Çatdırılma xərci:
- Bakışəhərinə çatdırılma - pulsuzdur; 
- Müştərininseçimi üzrə Bakı şəhərində mövcud olan Avtovağzalda / Dəmiryol vağzalında və yahər hansı məntəqədə sifarişi qəbul edib müştəriyə çatdıracaq fiziki və hüquqişəxsə çatdırılma - puluzdur;
- Regionlaraçatdırılma xərci - məsafəyəgörə fərqlənərək Bakı Beynəlxalqavtovağzalından çatdırılma nöqtəsinə olan gediş haqqına bərabədir.
Çatdırılma xərcinə sifariş olunanşin(lər)i müştərinin yaşadığı mərtəbəyə qaldırmaq (Bakı və şəhərətrafı ərazilərüçün) və ya müştərinin yaşayış ünvanına çatdırmaq (regionlar üçün) daxil deyil.
Çatdırılmasifarişin təsdiqləndiyi gündən sonrakı gün reallaşdırılır.


Qeyri-iş günləri (şənbə və ya bazar) çatdırılma mümkündürmü?
Bubarədə internet-mağazanın logistika meneceri ilə əlaqə saxlamaq lazımdır.

Sifarişinçatdırılmasına başlanıldıqdan sonra onun harada olduğunu necə öyrənmək olar?
Sifarişin çatdırılmasına başlamazdan öncə internet-mağazanın müştəri xidmətiüzrə əməkdaşı sifarişin yekun təsdiqi və çatdırılma ünvanını dəqiqləşdirməküçün müştəri ilə əlaqə saxlayır.
Çatdırılmaya məsul əməkdaşımız isə ünvana yetişməyə 30 dəqiqə qalmış ünvanıdəqiqləşdirmək üçün müştəriyə zəng edir. Sifariş müştəriyə çatanadək o, qeydolunan zəngləri qəbul etməyə hazır olarsa, sifarişinin harada olduğunu təqibedə bilər.  

Çatdırılma gününü vəünvanını dəyişmək olarmı?
Bu mümkündür. Lakin müştəri bunu edəcəyi zaman mütləq internet-mağazanınmüştəri xidməti üzrə nümayəndəsinə zəng etməli və dəyişiklik barəsindəinternet-mağazanı xəbərdar etməlidir.

Sifariş çatdırılıbtəhvil verilərkən müştəri nələrə diqqət yetirməlidir?
Sifariş Müştəriyə təhvil verildikdən sonra aşağıdakı məqamlara mütləq diqqətyetirilməlidir:
- Sifariş komplekstasiyasının və onun xaricigörünüşünün doğruluğunu yoxlamaq;
- Məhsul və kassa çekinin mövcudluğu;
- Məhsulu təhvil alarkən fakturanı imzalamaq;
- Sürücü-daşıyıcıilə hesablaşmaq; 
- Yaranabiləcək hər hansı sual ilə bağlı sürücü-daşıyıcı ilə deyil, internet-mağazanınmüştəri xidməti üzrə nümayəndəsi ilə əlaqə saxlamaq lazımdır.

DİQQƏT!!! SİFARİŞİN LƏĞV EDİLMƏSİ
Əgərmüştəri sifarişi təsdiq edibsə, lakin çatdırılma ərəfəsində hər hansı səbəbdən(telefon sönüb, şəbəkə xidməti xaricindədir və s.) telefon zənglərinə cavabvermirsə, çatdırılmaünvanında heç kim yoxdursa (qapızənginə heç kim cavab vermir) vəya müştərinin verdiyi ünvan yanlışdırsa (həmin adda ev, küçə mövcud deyilsə və s.):
1. Sürücü-daşıyıcı 15 dəqiqə ərzində qeydolunan ünvanda müştərini gözləyəcək.
2. İnternet-mağazanın müştəri xidməti üzrənümayəndəsi müştəriyə yoxlama zəngi edəcək.
3. Əgər Müştərinin telefonu 15 dəqiqəərzində çağrılara cavab verməzsə, internet-mağazanın ofisindənsürücü-daşıyıcıya çatdırılma ünvanını tərk etmək barədə göstəriş veriləcək.
4. Yekunda Müştərinin Sifarişiləğv ediləcək.