1. "Tekerstore.az"saytındakı kataloqdan sizi maraqlandıran şinləri seçin. Seçim zamanı işinizi asanlaşdırmaq üçün saytdakı şinlərin ölçüsünə, mövsümə, avtomobil tipinə görə axtarış sistemindən faydalana bilərsiniz.
2. Həqiqətən də Sizin axtardığınız və avtomobilinizə lazım olan şinləri tapdığınıza əmin olmaq üçün verilən MƏLUMATLARI diqqətlə oxuyun.
3. Almaq istədiyiniz şinlərin SAYını dəqiqləşdirin.
4. Sayı dəqiqləşdirdikdən sonra Sizin qarşınızda 2 seçim var  Zəng et  və  Sifariş et. Zəng edərək satış mütəxəssislərimiz ilə əlaqə saxlayıb və ya Sifariş edə bilərsiniz.
5. Əgər saytda işinizi davam etdirib təklifləri bir daha gözdən keçirmək və ya əlavə şin sifariş etmək fikrindəsinizsə, o zaman seçdiyiniz şinləri SƏBƏTƏ ATın və işinizi davam etdirin.
6.  Səbətə əlavə etdiyiniz şinləri və  sayını dəqiqləşdirdikdən sonra Sifarişinizi tamamlayın.
7. Sizi narazı salan məsələlərlə bağlı TƏKLİFLƏRİNİZ bölümündə münasibətinizi bildirmək hüququnuz var.
8. Əgər alış qərarınız qətidirsə,  TAMAMLAyın. Bu əməliyyatı icra etmək üçün təqdim edilən formanı doldurmalısınız.
9. Formanı doldurarkən tələb olunan məlumatların (ad, soyad / ünvan / telefon nömrəsi) dəqiq yazıldığına əmin olun.
10. Sifarişinizi TƏSDİQLƏyib zəngi gözləyin. Ən qısa vaxta (sifariş növbənizə uyğun) əməkdaşlar Sizinlə əlaqə saxlayacaqlar.
11. Çatdırılma Bakı və Sumqayıt ərazilərinə PULSUZ olaraq icra olunur Rayonlara isə əlavə ödənişlədir ( Bu barədə saytımızda məlumat qeyd olunub )
12. Sizə çatdırılan şinləri yoxlayın. Onların keyfiyyətinə əmin olduqdan təkəri qəbul edin.
13. Əgər çatdırılan şinləri hər hansı səbəbdən bəyənməsəniz və ya tərəfinizdən baxış keçirilən zaman hər hansı istehsalçı xətası qeydə alınarsa, həmin şinlər rəsmi distribütor tərəfindən geri qaytarılacaq.