DəyərliMüştərilərimiz!


 
"tekerstore.az" internet-mağazasında sizətəklif olunan bütün şinlərə istehsalçı tərəfindən müəyyənləşdirilmiş istismarmüddətinə qədər rəsmi istehsalçı zəmanəti verilir.
Qeyd edək ki, rəsmi istehsalçı zəmanəti yalnız istismarşərtlərinin pozulmadığı halda şinlərdə istehsalçı xətasından yaranmış daxili vəxarici nöqsanları əhatə edir. Əgər xarici nöqsanları istehsalçı və yaistehlakçı ilk baxışdan aşkarlaya bilirsə, daxili nöqsanlar yalnız montajprosesində və ya istismar zamanı aşkara çıxır. 
Odur ki, "tekerstore.az"internet-mağazasından sifariş etdiyiniz şinləri qəbul edərkən öncə onların xaricigörünüşünü diqqətlə yoxlayın. Hər hansı bir nöqsan aşkarlayacağınız halda Siz sifarişdən imtina etmək hüququnuzdan istifadə edə bilərsiniz. Yoxlama bitdikdənsonra əgər hər hansı iddia və ya etirazınız yoxdursa, mütləq satış nümayəndəsinintəqdim etdiyi sənədi (qaiməni) imzalayın və bir nüsxəsini mütləq özünüzdə saxlayın.
Alışdansonrakı istismar müddətində əldə etdiyiniz şinlərdə hər hansı nöqsan meydana çıxarsa, dərhal bizimofislə əlaqə saxlayın və alış zamanı Sizə təqdim olunan sənədlə bizim ofisəyaxınlaşıb nöqsanlı məhsulu təqdim edin. Zəmanət üzrə istisaslaşmış əməkdaşımız həmin məhsulun Azərbaycandarəsmi nümayəndəsi ilə birlikdə məhsul üzrə ekspertiza həyata keçirəcək. Əgər ekspertizanöqsanın həqiqətən də istehsalçı xətasından ortaya çıxdığını təsdiqləyərsə, ozaman ya  Sizin nöqsanlı şin yenisi ilə əvəzlənəcək,ya da ödədiyiniz məbləğ Sizə geri qaytarılacaq. Lakin ekspertiza nöqsanınyanlış istismar nəticəsində meydana çıxdığını aşkar edərsə, o zaman şinə verilən rəsmi istehsalçı zəmanəti qüvvədən düşmüş elan olunacaq.


Xatırladaq ki, şinlərə verilən rəsmiistehsalçı zəmanəti aşağıdakı hallarda qüvvədən düşmüş hesab olunur:

  • şinin alışını təsdiq edən sənəd yoxdursa;
  • müştəri tərəfindən avtomobil şinlərininistismar qaydalarına riayət olunmayıbsa;
  • şinlərin doğru saxlanmaması ilə bağlı zədələr yaranıbsa;
  • deformasiyaya (korroziyaya) uğramış vəya avtomobil üçün nəzərdə tutulmayan ölçülü diskdən istifadə nəticəsində şindəzədələr yaranıbsa;
  • təyin edilmiş sürət rejiminə riayətolunmaması səbəbindən şinlərdə problemlər meydana çıxıbsa;
  • nəqliyyat vasitəsinin normadan artıq yüklənməsi nəticəsində şinlərdə zədələr yaranıbsa;
  • şinlərdə qarşısıalınmaz qüvvələrin təsiriləzədələr yaranıbsa;
  • şinlərdə təzyiq normadan yüksək və yaaşağı olduğu halda avtomobilin idarə olunması səbəbindən şinlərdə zədələr formalaşıbsa;
  • konkret avtomobil üçün uyğun olmayantipdə, ölçüdə və quruluşda şindən istifadə edildikdə;
  • şinlər qeyri-peşəkar montaj vəbalanslaşdırma nəticəsində zədələnibsə;
  • oxunda razval problemi olan nəqliyyatvasitəsində balanslaşdırma olunmadan şinlərdən istifadə nəticəsində zədələryaranarsa və ya intensiv aşınma baş veribsə;
  • şinlərdən mövsümə görə istifadə olunmayıbsa; 
  • şinlər səthinə düşən kimyəvi aktiv maddələrin təsiri nəticəsində zədələnibsə.