Sual-Cavab
"Tekerstore.az" saytından təkər sifariş etmək çox rahatdır
1. Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək biz Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verir ki, təkər bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni təkər modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək;
2. İllərin sınağından çıxmış məşhur brendlər və istehsalçı zəmanəti - Michelin, Goodyear, Continental, Pirelli, Hankook, Nokian Tyres, Bridgestone, Lassa və s. bu kimi təkər istehsalı nəhəngləri ilə əməkdaşlıq müqavilələrimizin mövcudluğu müştərilərimizə orijinal və istehsalçı zəmanəti ilə təmin edilmiş keyfiyyətli məhsullar təklif etməyimizə imkan yaradır;
3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemin mövcud olmasına baxmayaraq, bizim mütəxəssislər onlayn rejimdə sizin əldə etmək istədiyiniz məhsulla bağlı istənilən sualınızı cavablandırmağa hazırdırlar. Bunun sayəsində «Tekerstore.az» saytından şin sifariş vermək çox asan və rahatdır;
4. Çatdırılma xidməti - Azərbaycanın bütün bölgələrinə çatdırılma mümkündür Bakı və Sumqayıta 1 iş günü ərzində, Bölgələrimizə 2-3 iş günü ərzində çatdırılma Azərpoçt vasitəsi ilə oprativ olaraq yerinə yetirlir.
Təkərin yanında göstərilən informasiyanı oxuyub başa düşmək hər bir sürücü üçün vacibdir. Çünki həmin informasiyada şin haqqında vacib olan məlumatlar öz əksini tapıb:
185/70 R14 88S
185 = Profilin eni, mm
70 = Hündürlük və ya profilin seriyası
R14 = Təkər diametri, düym
88 = Yük indeksi
S = Sürət indeksi
185/70 R14 88S
185 = Profilin eni, mm
70 = Hündürlük və ya profilin seriyası
R14 = Təkər diametri, düym
88 = Yük indeksi
S = Sürət indeksi
Hər bir sürücüyə məlumdur ki, avtomobil təkərləri istismar mövsümünə uyğun olaraq yay və qış təkərlərinə ayrılır. Lakin buna baxmayaraq bir çox avtomobil sahibləri yanlış olaraq bu bölgü ilə razılaşmır və mövsümə uyğun olaraq şinləri dəyişmək ənənəsinə qarşı çıxaraq yay təkərlərindən qışda və ya qış təkərlərindən yayda istifadə etməyin mümkünlüyünü düşünürlər. Qaydalar isə başqa şey deyir: yay təkərlərindən istifadə üçün zaman limiti havanın temperaturunun +7 dərəcə və ondan daha yuxarı olmasıdır. Çünki qeyd olunan limitdən daha aşağı temperatur rejimində yay təkərlərinin rezin qarışığı elastikliyini itirərək sərtləşir. Bu faktor isə yol səthi ilə təmas, stabil idarəetmə və tormozlanma zamanı avtomobilin idarəetməsində müəyyən problemlər ortaya çıxarır. Həmçinin, qarla örtülü yollarda yay təkərlərinin performansı protektorun quruluşu və cizgisinə görə çox zəifdir. Bu sadalananların tam əksi olaraq, qış təkərləri daha elastik rezin qarışığına malik olduğuna görə qeyd olunan hava rejimində yumşaqlığını qoruyub saxlayır və fərqli protektor quruluşu və cizgisinə görə qarlı-buzlu yolda etibarlı idarəetməni təmin edir.
Bir avtomobildə müxtəlif ölçülü, quruluşlu və aşınma səviyyəsinə malik təkərlərdən istifadə olunması (əgər bu avtoistehsalçı tərəfindən tövsiyyə olunmursa) onun idarəetməsini pisləşdirə bilər. Bütün istismar şərtlərindən maksimum yararlana bilmək üçün eyni xarakteristikaya malik eyni şinlərdən istifadə olunması tövsiyyə olunur.
Şinlərin yük indeksi (ing. loadindex, həmçinin yük əmsalı, yükqaldırma indeksi kimi də rast gəlinə bilər) – təkərlərin müəyyən təzyiq və sürət çərçivəsində maksimum yol verilən yüklənmə səviyyəsini göstərən və kiloqramla ölçülən parametridir. Sadə dildə desək, yük indeksi bir şinin saxlaya biləcəyi maksimum çəkini göstərir.
Yük avtomobilləri üçün nəzərdə tutulan indeksdə ikili əmsal görmək mümkündür: məsələn, 154/150. Bu ona görə belə yazılır ki, yük avtomobilləri adətən qoşa təkərlə təchiz edilir. Bu halda indeksdə yazılan ilk rəqəm avtomobilə bir təkər qoşulduğu halda, ikinci rəqəm isə hər iki təkərin qoşulduğu halda hər bir təkərin yük indeksini göstərir.
Yük indeksi / Şinlərin maks.yükqaldırması, kq Yük indeksi / Şinlərin maks.yükqaldırması, kq
61 / 257 92 / 630
62 / 265 93 / 650
63 / 272 94 / 670
64 / 280 95 / 690
65 / 290 96 / 710
66 / 300 97 / 730
67 / 307 98 / 750
68 / 315 99 / 775
69 / 325 100 / (A0) 800
70 / 335 101 / (A1) 830
71 / 345 102 / (A2) 850
72 / 355 103 / (A3) 875
63 / 272 94 / 670
64 / 280 95 / 690
65 / 290 96 / 710
66 / 300 97 / 730
67 / 307 98 / 750
68 / 315 99 / 775
69 / 325 100 / (A0) 800
70 / 335 101 / (A1) 830
71 / 345 102 / (A2) 850
72 / 355 103 / (A3) 875
73 / 365 104 / (A4) 900
74 / 375 105 / (A5) 925
75 / 387 106 / (A6) 950
76 / 400 107 / (A7) 975
77 / 412 108 / (A8) 1000
78 / 425 109 / (A9) 1030
79 / 437 110 / (B0) 1050
80 / 450 111 / (B1) 1090
81 / 462 112 / (B2) 1120
82 / 475 113 / (B3) 1150
83 / 487 114 / (B4) 1180
84 / 500 115 / (B5) 1215
85 / 515 116 / (B6) 1250
86 / 530 117 / (B7) 1285
87 / 545 118 / (B8) 1320
88 / 560 119 / (B9) 1360
89 / 580 120 / (C0) 1400
90 / 600 121 / (C1) 1450
91 / 615 122 / (C2) 1500
74 / 375 105 / (A5) 925
75 / 387 106 / (A6) 950
76 / 400 107 / (A7) 975
77 / 412 108 / (A8) 1000
78 / 425 109 / (A9) 1030
79 / 437 110 / (B0) 1050
80 / 450 111 / (B1) 1090
81 / 462 112 / (B2) 1120
82 / 475 113 / (B3) 1150
83 / 487 114 / (B4) 1180
84 / 500 115 / (B5) 1215
85 / 515 116 / (B6) 1250
86 / 530 117 / (B7) 1285
87 / 545 118 / (B8) 1320
88 / 560 119 / (B9) 1360
89 / 580 120 / (C0) 1400
90 / 600 121 / (C1) 1450
91 / 615 122 / (C2) 1500
Hər bir avtomobil təkəri yolda hərəkət zamanı təhlükəsizliyin qorunmasına xidmət edən parametr olaraq icazə verilən maksimum sürət rejiminə malikdir. Bu parametr "sürət indeksi" adlanır və digər parametrlərlə yanaşı şinin markirovkasında öz əksini tapır.
Təkərlərin sürət indeksi avtomobilin idarəetməsinə birbaşa təsir edir. Sürət indeksində icazə verilən maksimum sürət limitini aşmaq təkərdə vaxtından əvvəl aşınma, deformasiya və həddən artıq qızma səbəbindən şinin sıradan çıxması ilə nəticələnə bilər. Bu kimi halları nəzərə almaqla təhlükəsizlik və şinlərin normal istismarı üçün idarəetmə zamanı avtomobilin sürətini şinin sürət indeksində qeyd olunan rəqəmdən 10-15% aşağı həddə tənzimləmək tövsiyyə olunur.
Sürət indeksi / Sürət (km/saat)
- L / 120
- M / 130
- N / 140
- P / 150
- Q / 160
- R / 170
- S / 180
- T / 190
- U / 200
- H / 210
- V / 240
- W, ZR / 270
- Y / 300 (Y)
- (Y) / Yuxarı [300]
Sürət indeksi / Sürət (mil/saat)
- L / 75
- M / 81
- N / 87
- P / 94
- Q / 100
- R / 106
- S / 112
- T / 118
- U / 124
- H / 130
- V / 149
- W / 168
- Y / 186
- (Y) Yuxarı / [186] (şin istehsalçısına müraciət edin)
Məlumdur ki, protektor cizgisinin müxtəlif tipləri var və onların hər biri avtomobilin hərəkətinə öz təsirini göstərir. Protektor cizgisinin əsas vəzifəsi təkərin səthindən, daha doğrusu şin və yol səthinin təmas nöqtəsindən suyu effektiv şəkildə xaric etməkdir.
Protektorun simmetrik istiqamətlənməmiş cizgisi
Protektor cizgisinin bu növünü qiymət və keyfiyyətin klassik kompromisi də adlandırmaq olar. Belə təkərlər sürücülər arasında çox populyardır. Çünki yüksək sürət həddində avtomobilin manevrlilik qabiliyyəti hər kəs üçün olduqca vacibdir. Sürücülərin əksəriyyəti bu tələbi ödəyən şinləri elə də böyük olmayan pul müqabilində yaxşı keyfiyyət kimi qəbul edirlər. Bundan başqa bu növ protektor cizgisinə malik şinlər universal və qarşılıqlı dəyişdirilə biləcək şinlərdir, onların fırlanma istiqaməti quraşdırılmasına heç bir təsir etmir.
Protektorun asimmetrik və istiqamətlənməmiş cizgisi
Protektor cizgisinin bu növü son vaxtlar avtoistehsalçılar tərəfindən daha çox müxtəlif bahalı avtomobil modellərində istifadə olunur. Bu tip şinlərin alarkən mütləq nəzərə almaq lazımdır ki, onları istehsalçının tövsiyə etdiyi tərzdə quraşdırmaq vacibdir. Belə ki, şinlərin xarici hissəsində “Outside”, daxili hisəsində isə “Inside” yazılır. Bu yazılar o deməkdir ki, təkərin "Inside" yazılan hissəsi avtomobilin mərkəzinə doğru olmalıdır. Bu şərtin nəzərə alınmaması nəinki şinlərin vaxtından əvvəl aşınmasına, həmçinin avtomobilin yolda idarəetməsinin pisləşməsinə gətirib çıxara bilər.
Protektorun simmetrik və istiqamətlənmiş cizgisi
Bu tip protektor cizgisinə malik təkərlərə də çox rast gəlinir. Onların quraşdırılması zamanı şinin böyründə yazılmış “ROTATION” sözü və ox istiqamətinə diqqət yetirmək tələb olunur. Təkərlər elə quraşdırılmalıdır ki, onların fırlanma istiqaməti həmin ox işarəsi ilə eyni olsun. Bu cizgiyə malik şinlər su layına qarşı yüksək müqavimət dərəcəsi hesabına yaş asfaltda hərəkət üstünlüyünə malikdirlər. Protektorun simmetrik yerləşən geniş kanalları şinin səthi ilə yolun təmas sahəsindən suyu asanlıqla çıxara bilir. Arxa çəkişli avtomobil sahibləri daha çox bu şinlərə üstünlük verirlər.
Protektorun asimmetrik və istiqamətlənmiş cizgisi
Asimmetrik istiqamətlənmiş protektor cizgisinə malik təkərlər də böyükdəki ox işarəsi və “ROTATION” yazısına diqqət yetirmək tələb olunur. Bu tip təkərlərdən istifadəyə çox az hallarda rast gəlinir.
Belə haldan hər zaman uzaq olmağa çalışın. Çünki həmin təkərlərin Sizdən əvvəlki istifadəçisi tərəfindən hansı şəraitdə istismar edildiyini, onların hansı faktorların təsirinə məruz qaldığını bilmirsiniz.
Əgər yeni quraşdırılmış təkərlərə lazım olan səviyyədə xidmət göstərilərsə, onlar yolda sizin komfortunuzu daha yaxşı təmin edəcək və daha uzunömürlü olacaq. Buna görə də:
- Hər ay şinlərdə olan təzyiqi xüsusi manometrlə yoxlayın (bu yoxlama şinlərin soyuq olması zamanı həyata keçirilməlidir. Buna görə də təkərlərin təzyiqi son sürüşdən 3 saat sonra yoxlanmalıdır);
- Müntəzəm olaraq şinləri kəsik, dəlik və digər zədələr, həmçinin qeyri-bərabər aşınma üzrə yoxlayın;
- Təkərlərdə qeyri-bərabər və ya vaxtından əvvəl aşınma müşahidə etdikdə mütləq təkərlərin quruluş bucaqlarını yoxlayın;
- Şinləri təkər disklərinə quraşdırarkən mütləq təkərlərin balanslaşdırılmasını icra edin. Avtomobilinizdə şinlərin yerlərini müvafiq qrafik üzrə avtomobilin istismar təlimatında və ya şin istehsalçısının zəmanət siyasətində qeyd olunan tələblərə uyğun olaraq dəyişin.
Təkərin yanında yazılmış 3 hərf - "DOT" onu göstərir ki, bu şin ABŞ Nəqliyyat Nazirliyinin təyin etdiyi təhlükəsizlik standartlarına cavab verir və avtomagistralda istifadə üçün nəzərdə tutulub.
Nümunə:
DOT M5H3 459X 0605
"DOT" yazısından sonra 12 işarəli hərf-rəqəm kodu gəlir. İlk 2 işarə təkər istehsalçısını və istehsalçı zavodu ifadə edir. Sonrakı 6 işarə hər bir istehsalçının daxili kodlaşdırmasıdır. 9-10-cu işarələr təkərin istehsal olunduğu həftəni göstərir. Sonuncu rəqəm (rəqəmlər) şinin istehsal olunduğu ili göstərir. Bu markirovka göstərir ki, şin 2005-ci ilin 6-cı həftəsində istehsal olunub.
Təkərlərin uzunömürlülüyünə və ya daha çox məsafə qət etməsinə aşağıdakı faktorlar təsir edir:
- Protektorun rezin qarışığının tərkibi
- Protektorun quruluşunun xüsusiyyətləri
- Avtomobilin hansı məqsədlə istifadə olunması
- Təkərlərə xidmət səviyyəsi
- Coğrafi şərait
- Atmosfer şərtləri
- Avtomobili sürmə/idarəetmə tərzi
Bu faktorların sayını artırmaq olar. Onların sayı çox olduğuna görə, şinlərin istifadə olunma müddəti və ya qət edə biləcəyi maksimal məsafə haqqında dəqiq proqnoz vermək mümkün deyil. Dəqiq olan odur ki, avtomobilinizin şinlərinin uzunömürlü olmasını və daha çox məsafə qət etməsini istəyirsinizsə, tormozlanma, ötmə əməliyyatlarında, dönmə və digər manevrlərdə ehtiyatlı olmalısınız.
Avtomobil və yolun təması təkərin protektoru vasitəsilə baş verir. Təkərin təyinatından asılı olmayaraq onun protektorunun əsas göstəricisi onun hündürlüyü və ya dərinliyidir. Bu göstərici protektorun xarici kənarından başlayaraq kanalın dibinə qədər olan məsafədir.
Müasir avtomobil təkərlərində protektorun hündürlüyü 5 mm təşkil edir. Yüngül sərnişin avtomobilləri üçün nəzərdə tutulan adi yay təkərlərində bu ölçü 6–8 mm, qış təkərlərində 8–10 mm, yolsuzluq avtomobilləri və SUV avtomobillərində isə 15–20 mm-dir.
Təkərin aşınması prosesində protektorun hündürlüyü üçün kritik hədd yay təkərləri üçün 1.6 mm, qış şinləri üçün isə 4 mm-dir.
Avtomobilin təkərlərinin protektorunun aşınma səviyyəsinin müntəzəm yoxlanması hər bir sürücü üçün vərdişə çevrilməlidir. Aşınma səviyyəsini ölçməyin isə bir neçə üsulu vardır:
1. Aşınma indikatoru
Bu daha çox istifadə olunan sistemdir. Söhbət protektorun uzun kanallarının dərinliyində yerləşdirilən 1.6 mm qalınlığında blokdan gedir. Əgər protektorun hündürlüyü/dərinliyi həmin indikatorun səviyyəsi ilə eyniləşirsə, bu o deməkdir ki, şin istismar müddətinin sonuna gəlib çatıb və mütləq dəyişdirilməlidir.
2. Aşınmanın rəqəmli indikatoru
Bu metoda əsasən aşınmanın səviyyəsi protektorun üzərində yerləşdirilmiş rəqəm sistemləri vasitəsilə müəyyən olunur. Yazılan rəqəmlər rezinin dərinliyinin göstəriciləridir və protektorun aşınma prosesinin gedişatında silinirlər.
3. Şinin rəng dəyişməsi metodu
İki çinli dizayner aşınma getdikcə rəngini dəyişən şin prototipi işləyib hazırlayıblar. Prinsip çox sadədir: aşınma getdikcə protektorun daxili hissəsi parlaq-narıncı rəngə boyanır. Qeyri-adi və maraqlı metod olsa da, bir çox mütəxəssislərin fikrincə reallaşdırılması çox çətindir!
4. Dərinlikölçən xətkeş
İndikatorlar protektorun aşınma səviyyəsini tez ölçmək üçün çox effektivdir, lakin bu üsul şinin protektorunun dərinliyinin ölçü cihazları vasitəsilə ölçülməsi qədər dəqiq ola bilməz. Protektorun hündürlüyünü/dərinliyini dərinlikölçən xətkeş və ya ştangensirkul vasitəsilə ölçmək mümkündür. Bu cihazı isə demək olar ki, hər yerdən əldə etmək mümkündür.
Bundan başqa şinlərin dəyişilməsi üçün siqnal rolunu təkcə protektorun dərinliyi deyil, həm də qeyri-bərabər səviyyəli aşınma oynaya bilər. Bunun üçün ölçülməni şinin protektorunun səthi boyunca həm mərkəzdə, həm də yan hissələrdə aparılmalıdır. Əgər ölçülər fərqlidirsə, bu qeyri-bərabər səviyyəli aşınmanın mövcudluğunu göstərir və mütləq avtomobili razval-balans yoxlamasından keçirmək lazımdır.
Təkərlərin balanslaşdırılması ilk növbədə avtomobilin rahat idarəolunmasıdır. Əgər vaxtında qarşısı alınmazsa, təkərin vurmasının yaratdığı diskomfortdan başqa təkərlərin balanslaşdırılmaması halı asqının bütün elementlərinə (stupitsa, podşipnik və s.) də zərbə vura bilər. Göründüyü kimi təkərlərin disbalansı rahatlıq və asqı elementləri üçün təhlükəli olduğuna görə avtomobil sahibləri müntəzəm olaraq balanslaşdırmanı həyata keçirməlidrlər.
Təkərlərdə balansın pozulmasına aşağıdakı hallar səbəb ola bilər:
- avtoşinin rezininin aşınması;
- yolda çalaya düşmək və digər səbəblərdən diskdə yaranmış deformasiya.
- balanslaşdırma yükləri aradan qalxıb.
Bütün təkərlər balanslaşdırılmalıdırmı?
Bütün təkərlərin balanslaşdırılması vacibdir. Baxmayaraq ki, disbalans arxa təkərlərdə çox az müşahidə olunur, bu hal belə şinlərin qeyri-bərabər aşınmasına səbəb olabilər. Əgər təkərdə qeyri-bərabər aşınma halı qeydə alınırsa, bu daha çox onun fırlanma mərkəzinin kütlə mərkəzi ilə üst-üstə düşməməsi nəticəsində baş verir.
Balanslaşdırmanı hansı dövriliklə həyata keçirmək lazımdır?
- şin təkərə montaj edildikdən sonra;
- çuxura düşmək səbəbindən alınan güclü zərbədən sonra;
- ən azı ildə 1 dəfə.
Balanslaşdırma necə həyata keçirilir?
Təkər yığıldıqdan sonra o, xüsusi stendə - balanslaşdırma stendinə bərkidilir. Stenddə bir neçə fırlanma dövrü etdikdən sonra kompüter hansı yerlərə hansı ağırlıqda yük qoyulması barəsində məlumat verir. Balanslaşdırmada istifadə olunan yüklər isə kütləsinə və bərkidilmə üsuluna görə (basqılı və yapışdırılan) fərqlənir. Yapışdırılan yüklər adətən tökmə disklərdə istifadə olunur və diskin daxili hissəsinə bərkidilir.
ZP (Zero Pressure) təkərləri:
- Hətta təkərdə havanın mövcud olmadığı halda belə gücləndirilmiş yanlıqları hesabına hərəkət edən şinlərdir;
- Təzyiqi qəfil düşdüyü zaman avtomobilə nəzarəti əldə saxlamağa imkan verən şinlərdir;
- ZP şinlərinin yanında ZP (Zero Pressure) loqotipi yazılır. ZP ilə təchiz olunmuş avtomobildə təzyiq aşağı düşən zaman o, hərəkətini davam etdirəcək. Bu zaman idarəetməni elə tənzimləmək lazımdır ki, sürət 80 km/saat həddini aşmasın, təkərlərin dəyişdiriləcəyi növbəti servis mərkəzinə qədər gediləcək məsafə isə 80 km-dən artıq olmasın.
Təkərlərdə təzyiqə nəzarət etməklə Siz həm öz təhlükəsizliyinizin qayğısına qalır, həm də avtomobil təkərlərinin vaxtından tez aşınmasının qarşısını alırsınız. Şinlərdə düzgün olmayan təzyiq qeyri-bərabər aşınmaya və avtomobilin pis idarəetməsinə gətirib çıxaracaq. Buna görə də mütəxəssislər təkərlərdəki təzyiqi fəsildən asılı olmayaraq ayda bir dəfə yoxlamağı tövsiyyə edirlər.
Təkərlərdəki təzyiqi onun üzərindəki markirovkada yazılmış rəqəmə qədər qaldırmaq doğru deyil. Çünki həmin rəqəm təkərin kamerasının maksimum dözə biləcəyi təzyiqi göstərir. Şinin doğru təzyiqini avtomobilin istehsalçısı müəyyən edir və bu rəqəm sürücü tərəfdə qapıya yapışdırılmış stikerin üzərində yazılır. Həmin rəqəmi avtomobilin istismar qaydaları yazılmış təlimat kitabından da əldə etmək olar.
Təkərlərdəki təzyiqi yoxlayarkən diqqət etmək laızmdır ki, şinlər "soyuq" olsun. Başqa sözlə, şinlərində təzyiqi yoxlanacaq avtomobil bir neçə saat hərəkətdə olmamalıdır. Ona görə də bu ölçməni avtomobil bütün gecəni qarajda qaldıqdan sonra - səhərlər etmək daha doğrudur.
Şinlərdəki təzyiqi qışda maşın isti qarajda dayanarkən mütləq 0.1 - 0.2 atmosfer qaldırmaq lazımdır. Çünki avtomobil küçədə hərəkət edərkən şinlər qızacaq və isti hava kütləsində təzyiq aşağı düşəcək.
Təkərlərdəki təzyiqi ölçən cihaz manometr adlanır.
- Müxtəlif ölçülü təkərləri kombinə etməyin. 4 şinin hamısı eyni brendin eyni ölçülü məhsulu olmalıdır.
- Radial və diaqonal təkərləri kombinə etməyin. Bütün təkərlər ya radial, ya da diaqonal olmalıdır.
- Bütün dörd şinin xarici çevrəsinin uzunluğu biri-birindən 1 düymdən artıq fərqlənməməlidir.
- Müxtəlif şəkilli protektora malik şinləri kombinə etməyin.
Buna heç bir halda cəhd göstərməyin. Bu əməliyyat üçün müvafiq peşəkar avadanlıqlara və kifayət qədər təcrübəyə malik olmalısınız. Sadalananların yoxluğunda bu işə cəhd edəcəyiniz halda siz özünüzü ağır zədə almaq, diski və təkəri isə zədələmək riski ilə üz-üzə qoymuş olacaqsınız.
Təkərlərin silinməsi, yuyulması üçün yumşaq və yüngül fırça və yüngül yuyucu vasitə tövsiyyə olunur. Tərkibində neft məhsulları və ya spirt olan vasitələr rezinin ömrünü qısaldıb onun sıradan çıxmasını tezləşdirə bilərlər.
Avtomobil təkərlərinin vaxtından çox tez aşınması (sıradan çıxması) müxtəlif səbəblərlə bağlı ola bilər. Lakin əsas səbəb avtomobilin yanlış idarəetmə tərzidir.
Bu hal ilə daha çox üz-üzə qalanlar adətən sükan arxasında yenicə oturan sürücülər olur. Onlar avtomobili yerindən rahat tərpədə bilmirlər, nəticədə isə təkər çox vaxt yerində fırlanmalı olur və parkinq zamanı səkinin üzərinə çıxırlar. Qəfil tormoz pedalını sıxmağın özü də protektorun daha tez sıradan çıxamasına yol açır. Həmçinin avtomobilin təhlükəli idarəetməsi də şinin vəziyyətinə təsir göstərir.
Yollarda tez-tez qəfil tormozlanmanın izlərini görmək mümkündür. Bu halın özü təkərlərin vaxtından əvvəl aşınmasına gətirib çıxaran faktorlardan biridir.
Avtomobilinizin təkərlərinin ömrünü "uzatmaq" istəyirsinizsə, o zaman çalışıb təkərlərin təmasda olacağı maneələrin üzərinə çıxmayın və nahamar yollardan və səthlərdən uzaq dayanın. Yolunuzun üstündə şüşə və ya digət metal əşyalar tapılsa, çalışıb onları ötüb keçin.
Şinlərin daha uzunömürlü olması üçün ekspertlər aşağıdakı qaydaları əsas götürürlər:
- Avtomobili çox yüksək sürətlə sürməyin. Yüksək sürətlə idarəetmə zamanı izafi dərəcədə istilik yaranır ki, bu da təkərlərin sıradan çıxmasını tezləşdirə bilər.
- Təhlükəsiz idarəetmə tərzinə üstünlük verin, istehsalçının tövsiyyə etdiyi maksimum sürət şərtlərinə riayət edin.
- Qəfil dönmələrdən uzaq olun.
- Qəfil yerindən götürülmədən və qəfil tormozlanmadan ehtiyat edin.
- Səkinin və digər maneələrin üstünə çıxmayın.
Aquaplaning effekti - avtomobilin idərəsi zamanı təkərlə yaş yol örtüyü arasında əlaqənin tam itməsidir.
Yəni protektor suyu qismən yada ümumiyyətlə xaric edə bilmir nəticədə protektorla yaş asvalt örtüyü arasında su təbəqəsi yaranır, şin suyun üzərində qalır. Ani manevr və ya əyləcləmə zamanı yaranan sürüşmədən fərqli olaraq bu prosesi idarə etmək mümkün deyil. Bu effekt avtomobili sürətlə idarə etdikdə yaranır. Əgər avtoşin yeyilibsə bu situasiya 40km/saat sürətdə belə yarana bilər.
Bu riski azaltmaq üçün şinlər suyu təmas hissədən effetiv xaric etməlidilər. Avtomobilinizə quraşdırılan şinin protektorunun cizigilərinə diqqət yetirin.Müasir texnologiyalarla hazırlanmış protektorun yönləndirilmiş cizgiləri suyu effektiv kənarlaşdırmağa kömək edir. Protektorun kanal boyu yerləşən uzununa cizgiləri və onlara bitişik çoxlu sayda sukənarlaşdıran ensiz cizgiləri suyu protektorun yan tərəflərinə yayır. Nəticədə isə aquplaningdən müdəfiə və yüksək təmas təmin olunmuş olur.