Şirkət
"Mitan Mineraloil" şirkətinin əsası 1985-ci ildə qoyulmuşdur. Şirkətin əsas  ticarət nişanlarından biri  “Alpine"  mühərrik və sürtkü yağlarıdır. Almaniyanın Ankum şəhərində yerləşən bazadan 40-dan çox ölkəyə mal tədarükü  həyata keçirilir. Alpine markasının məhsulları ən son texnologiyalarla hazırlanır və geniş məhsul çeşidinə malikdir. Dünya üzrə tanınmış  BMW, Audi, Mercedes, Volkswagen, Seat, Skoda,Ford, MAN, Honda, Volvo, Renault və bir çox digər avtomobil şirkətləri tərəfindən tövsiyə olunur.

İstehsal

Müntəzəm olaraq şirkətin istehsal prosesinin genişləndirilməsinə və modernizasiyasına, o cümlədən qablaşdırma avadanlığına investisiya edilir. Ən müasir qurğular istehsal prosesininin etibarlılığını və, nəticə etibarilə, tədarük müddətinin minimuma endirilməsini təmin edilir. Həmçinin anbar sahələrinə də böyük investisiyalar yatırılır. Belə ki, hal-hazırda 6,1 mln. litrl qablaşdırılmamış məhsul üçün sahələr və məhsulu dayaqlar üzərində saxlamaq üçün, ən müasir döşəməüstü konveyer texnologiyası ilə təchiz olunmuş 35 000 m2-ə yaxın anbar mövcuddur.Gün ərzində həcmi 500 ml-1000 litr arasında olan 70 000-dən, 100 000-dək məhsul qablaşdırılır. Etiketlənmə, bağlanma, rəngli bəzədilmə və ya karton qablaşdırma ilə bağlı istənilən məsələlərdə: bütün istəklər və təkliflər həyata keçirilir.

“As motors” şirkəti “Alpine” ticarət nişanının Azərbaycan Respublikası ərazisində rəsmi distribütorudur. Qeyd etmək lazımdır ki, TM Alpine məhsulları yalnız Almaniyada və yalnız Ankum şəhərində istehsal olunur və qablaşdırılır, bu isə “Alpine” brendinin daha bir üstünlüyüdür. “MITAN MINERALOIL GmbH” zavodunun məhsulları artıq 30 ildən çoxdur ki, dünya bazarında tanınır.

Yüksək keyfiyyətli Alpine mühərrik və sürtkü yağlarını Rəsmi Distribütordan sifarişi üçün : +994 077 378 14 42   

Bakı şəhəri daxili çatdırılma ödənişsizdir
.