Dünya şöhrətli şin istehsalçılarının geniş məhsul çeşidlərini təklif edən "Tekerstore.az" internet-mağazası.

Avtomobili həm yay, həm də qış mövsümünə hazırlamaq, habelə etibarlı ehtiyat təkərə sahib olmaq üçün kompüterinizdən, eləcə də mobil telefonunuzdan "Tekerstore.az" internet-mağazasına daxil olmaq kifayət edir. Bu internet-mağazaya daxil olan hər bir avtomobil sahibini münasib qiymət, operativ çatdırılma, fərdi yanaşma və geniş məhsul çeşidi gözləyir. Saytda təklif olunan məhsulların hər biri haqqında ətraflı məlumatın yerləşdirilməsinə baxmayaraq hər zaman onlayn rejimində çalışan təcrübəli satış mütəxəssisləri müştəriləri maraqlandıran sorğuları böyük həvəslə və peşəkarcasına cavablandırmağa hazırdırlar. 

Yəqin ki, bizim elan və ya reklamlarla tanış olub "Tekerstore.az" internet-mağazasına daxil olmazdan öncə hər kəs belə bir sualla üz-üzə qalır: "Nəyə görə mən şin seçimimi "Tekerstore.az" internet-mağazasında etməliyəm"? Bu suala bizim aşağıda qeyd olunan üstünlüklərimizi oxuduqdan sonra cavab tapa bilərsiniz: 

1. Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək biz Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verir ki, şin bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni şin modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək;

2. Michelin, Goodyear, Continental, Dunlop, Hankook, Lassa, Bridgestone və s. bu kimi şin istehsalı nəhəngləri ilə əməkdaşlıq müqavilələrimizin mövcudluğu müştərilərimizə
orijinal və istehsalçı zəmanəti ilə təmin edilmiş keyfiyyətli məhsullar təklif etməyimizə imkan yaradır;

3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemin mövcud olmasına baxmayaraq, bizim mütəxəssislər onlayn rejimdə sizin əldə etmək istədiyiniz məhsulla bağlı istənilən sualınızı cavablandırmağa hazırdırlar. Bunun sayəsində «Tekerstore.az» internet-mağazasından şin sifariş vermək çox asan və rahatdır; 

Şinlər avtomobilin əsas elementi olmaqla onun hərəkətinin təminatçısıdır. Məhz şinlərin keyfiyyəti yolda hərəkətin rahatlığı və təhlükəsizliyini müəyyən edir. Bu səbəbdən, avtomobil üçün şin alarkən "qənaət" etmək olmaz, bu zaman qiyməti deyil, ən müasir texnologiyaların imkanları hesabına başa gələn ən etibarlı və dözümlü şinləri seçmək lazımdır. 

Uğurlu alış-verişlər!