4 fəsildədə istifadə olunması mümkün olan Bridgestone Dueler H/T D684 təkərləri tamçəkişli avtomobillərdə istifadə olunmaq üçün hazırlanıb və hərəkətdə yüksək təhlükəsizlik və etibarlılıq göstəriciləri ilə fərqlənir. Buna görə də bu təkər modeli Mitsubishi Pajero və Nissan Patrol kimi avtomobillərdə əsas komplektasiyaya daxildir.
Bridgestone Dueler H/T D684 təkərlərindən istifadənin üstünlükləri:
- Güclü xarici görünüş və aqressiv protektor cizgiləri avtomobilə əzəmətli görünüş bəxş edir.
- Protektorun 3 dəqiq işlənmiş sərtliyi təmin edən assimmetrik rimləri geniş bloklardan ibarətdir və həm asfaltda, həm də torpaq yollarda yüksək səviyyəli dartı xarakteristikasına malikdir.
- Öz aralarında torla birləşən dörd dərin və geniş kanal effektiv drenaj sistemi formalaşdırır. Kanalların yaratdığı sistem çox tez bir zamanda yol ilə təmas zonasından böyük həcmdə suyu və palçığı kənarlaşdırır, su layının və yerində fırlanmanın qarşısını alır.
- Çiyin bloklarının yuvarlaq küncləri səsin səviyyəsini aşağı salır, çiyin bloklarını ayıran enli və geniş şırımlar isə yüksək sürətlə döngələrə girən zaman
avtomobilin manevr qabiliyyətini artırır.
- Protektorun ikiqatlı konstruksiyası və gücləndirilmiş yan hissələri
Bridgestone Dueler H/T D684 tekerlerinin mexaniki zədələrə qarşı müqavimətini artırır.
- Protektorun rezin qarışığının hazırlanmasında istifadə edilmiş geləbənzər qatqılar isə şinin aşınma prosesini ləngidir, istismar müddətini uzadır.
- Bu şinlərin maksimal səth təması sahəsi və yüksək elastikliyi avtomobilə yolda yüksək dayanıqlıq bəxş edir və protektorun qeyri-bərabər aşınmasının qarşısını alır.