• Edilmir
  • 2023
  • 40000 km
  • Yaponiya
  • H (210 km/saat)
  • 110 (1060 Kq)
Bridgestone Dueler H/L Alenza şini haqqında məlumat
4 fəsil yüngül Bridgestone Dueler H/L Alenza tekerleri bu ailənin digər üzvləri kimi yolsuzluq avtomobilləri üçün nəzərdə tutulub. Lakin onların əksəriyyətindən fərqli olaraq bu model sırf sərt səthə malik yollarda istifadə üçün işlənib hazırlanıb. Universal protektor cizgisi sayəsində, onun üçün torpaq yol təhlükəli deyil. 

UNI-T AQII
Bu model öz orijinal quruluşuna görə bütövlükdə UNI-T AQII texnologiyasına borcludur. İlk buraxılışı 1996-cı ilə təsadüf edən bu model hal-hazırda əsas istismar xarakteristikalarının optimal balansına yönəlik böyük bir kompleks texnoloji həll paketi təqdim edir. Məhz bu xüsusiyyət onu uzun illərdir ki, digər Bridgestone təkərlərindən fərqləndirir. 

3D-çıxıntılar (ламел)
Bu texnoloji həll yüksək effektivlik  nümayiş etdirdiyi məşhur tikansız yüngül şinlərdən əks edilib. Texnologiyanın mahiyyəti protektor bloklarının xüsusi element kimi çıxıntılarla təchiz edilməsindən ibarətdir. Onların isə funksional təyinatı ayrı-ayrılıqda protektor bloklarının sərtliyini gücləndirməkdir. Yol səthi ilə təmas anında çıxıntı divarları öz aralarında sıx bağlanırlar, bu hal isə bloku çox sərt hala gətirir. Bunun sayəsidnə Bridgestone Dueler H/L Alenza tekeri quru asfaltda əla idarəetmə nümayiş etdirir. 

Geniş mərkəzi rim
Bu modelin protektor cizgisi klassik kanonlar üzərində qurulub. Bununla belə orijinal texniki müdaxilələrə də yer verilib. Mübadilə yenə də yüngül sərnişin avtomobilləri üçün nəzərdə tutulan şinlər ilə baş verib. Söhbət protektorun mərkəzindəki uzununa rimdən gedir. Mərkəzi rimin əsas element olduğu şinləri çox böyük ölçüləri və sərt konstruksiyası digərlərindən fərqləndirir. Bu yol ilə yapon şin istehsalçısı 2 məsələni həll etmiş sayılır:praktiki olaraq idman idarəetməsini təmin etmək, həm də yırğalanmaya müqaviməti azaltmaq. Daha dəqiq desək - yolsuzluq avtomobilləri üçün nəzərdə tutulan bir tekere yüngül sərnişin avtomobillərinin şininin xüsusiyyətlərini bəxş etmək.

H.E.S
Bu abbreviatura altında drenaj kanallarının xüsusi konstruksiyası gizlənir. Onların büzməli səthi su layının müqavimətini xeyli aşağı salır. Nəticədə təmas zonasından daha çox suyun xaric olunmasına nail olunub. 

Dəyişən bucaqlı blok divarları 
Bu şinin protektoru ayrıca bloklarlardan ibarət olduğuna görə, bu vəziyyət hərəkət zamanı yaranan səsin səviyyəsinə təsir edə bilməz. Bu çatışmazlıq protektor bloklarının divarının xüsusi konstruksiya ilə nivelirlənməsi ilə öz həllini tapdı. Bu iş müxtəlif meyl bucaqlarıdan icra edildi. Nəticədə onların bir-birinə nisbətən dəyişən addımlarda yerləşməsi ilə hərəkət zamanı səsin və vibrasiyanın yaranma ehtimalı aşağı salındı. 

Blokların optimallaşdırılmış forması
Yuxarıda qeyd edildiyi kimi Bridgestone Dueler H/L Alenza şininin protektoru dördbucaqlı formasında yetərli sayda bloklardan ibarətdir. Onların sərhəddi isə təkərin fırlanma oxuna nisbətdə müxtəlif bucaqlar altında yerləşir. Bloklar protektorun mərkəzi hissəsində sərt bucaq altında yerləşir. Belə yerıləşmə isə sürətlənmə zamanı, habelə sürüşkən səthlərdə əla kurs stabilliyi üzrə yüksək effektivliyə nail olmağa imkan verir. Protektorun çiyin zonalarında yerləşən blokların isə sərhədləri düz bucaq altındadır. Bunun sayəsində şin həm yaş səthlərdə, həm də qarlı yolda qısa tormoz yolu nümayiş etdirir. 

Bundan başqa bütün protektor blokları arasındakı yetərli məsafəni də qeyd etmək lazımdır. Böyük dərinlik sayəsində bu ölçü daha böyük qurunt sahəsi ilə təmas qurmaq imkanı verir. Nəticədə isə əla səth təması alınır. Habelə bu məsafə protektora imkan verir ki, təmasa mane olan kənar əşyaları asanlıqla xaric etsin. 

Bridgestone Dueler H/L Alenza şininin əsas xüsusiyyətləri
— üçölçülü çıxıntılar yol səthi ilə təmasda protektorun bloklarının sərtliyini gücləndirir, nəticədə isə quru asfaltda idarəetmə yaxşılaşır;
— protektorun mərkəzi hissəsində yerləşən çox geniş rim yolsuzluq şini üçün idman idarəetməsini mümkün edir və yırğalanma əleyhinə müqaviməti aşağı salır;
— drenaj kanallarının 
büzməli formada olan səthi ordan keçən suyu müqavimətini azaldır və sirkulyasiya sürətini artırır;
— protektor bloklarının dəyişən bucaqlı divarı səsin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır.
BSSUV00169
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 231.67 M 695 M
6 ay 115.83 M 695 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 231.67 M 695 M
6 ay 115.83 M 695 M

Bol Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 231.67 M 695 M
6 ay 115.83 M 695 M

Nisyə Satış - Caspian Finans
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 260.16 M 780.49 M
6 ay 135.06 M 810.37 M
9 ay 94.67 M 852.07 M
12 ay 72.92 M 875.01 M