Hankook RA33 Dynapro HP2 təkərləri haqqında məlumat
Yay təkərləri olan
Hankook RA33 Dynapro HP2 minik avtomobilləri üçün nəzərdə tutulub. Bu
təkərlər tam olaraq Avropa standartlarına uyğundur.
Yüksək perfomanslı drenaj sistemləri
Hazırki model aquaplaninqə qarşı yüksək perfomansı ilə seçilir.
Hankook RA33 Dynapro HP2 təkərlərində 4 uzununa sukənarlaşdıran kanal yerləşir ki, suyu effektiv təmas nöqtəsindən uzaqlaşdırır. Suyun sürətli kənarlaşdırılması kanallar xüsusi bucaq altında dizayn edilib.
Çiyin zonalarının xüsusi forması
Fərqli üstünlüklərindən əlavə bu təkərin aşağı səs effektini də qeyd etmək lazımdır. Buna təkərin çiyin zonasında olan yeniliklər hesabına nail olmaq mümkün olub. Əlavə olunan yeniliklər hərəkətə səlistlik gətirir, yol səthi ilə sıx əlaqə yaradır.
Hankook RA33 Dynapro HP2 təkərlərinin əsas xüsusiyyətləri
—Simmetrik yönləndirilməmiş dizaynı asfalt səth üzərində hərəkət üçün optimallaşdırılıb
—Mərkəzdəki sərt uzununa hissələr avtomobilə əla idarə sabitliyi və istənilən sürətdə kurs stabilliyi bəxş edir
—Çiyin zonaların yenilənmiş dizaynı səs səviyyəsin və titrəyişin azaldılmasına müsbət təsir göstərir.