• Edilmir
  • Edilmir
  • 30000 km
  • Cənubi Koreya
  • H (210 km/saat)
  • 98 (750 Kq)

Kumho Eco Solus KL21 

Təkərin xarakteristikası 
Kumho Eco Solus KL21 krossoverlərSUV və minivenlər üçün nəzərdə tutulmuş 4 fəsil təkəridir
Ətraf mühitə minimum ziyan vuran, Koreya istehsalı olan Kumho KL21 Eco Solus təkəri keyfiyyətli şinlərə məxsus yüksək texnoloji xüsusiyyətlərə malik olmaqla 4 mövsüm təkərləri arasında özünəməxsusluğu ilə fərqlənir. 
Şinin yüksək ekoloji göstəricilər əldə etməsinə LRR adlanan metodika kömək edib. Bu metodikanın əsas prinsipi təkərin hazırlandığı materialın molekulyar tərkibinə silisium əlavə etməyə əsaslanır. Bu metodikanın nəticəsi ondan ibarət oldu ki, KL21 şinləri yırğalanmaya qarşı aşağı müqavimət əmsalı sərgiləməyə başladı. Bu da öz növbəsində yanacaq sərfiyyatını aşağı salmaqla ətraf mühitə atılan və onu çirkləndirən zərərli tullantı və qazların da miqdarını azaldır. 
Üstünlüyü olsa da, bu model hazırlanarkən prioritetlər sırasına təkcə ekoloji olmaq aid deyildi. Texnoloqlar ekoloji cəhətdən olduğu qədər də texniki məsələlərə kifayət qədər diqqət ayırıblar. Məsələn, mühəndislər hərəkətdə yaranan səs problemini bu şində protektorun eninin və blok elementlərinin yerləşmə sxeminin optimallaşdırılması yolu ilə həll ediblər.
Bu model "touring" təkərlər sinfinə aid olduğuna görə onlar üçün qət edəcəyi məsafə olduqca vacibdir. Doğrudur, bu göstərici bir çox digər faktorlardan (avtomobilin vəziyyəti, sürmə tərzi, yol örtüyünün vəziyyəti və s.) da asılıdır və bu səbəbdən də qət ediləcək məsafə haqqında dəqiq rəqəm söyləmək çətindir. Bununla belə, istehsalçı müştərilərə 60000 mil məsafə (96,5 min km) üzərindən vəd verir. 
Bu modelin protektor cizgisi müvafiq sinif üçün xarakterik və olduqca nümayişkaranədir. Lakin sürücünü bu məsələ o qədər də maraqlandırmır. Onu düşündürən əsas məsələ odur ki, Kumho KL21 şini özünü yolda necə aparır?! Bu sualın cavabı isə çox sadədir: Kumho KL21 tekeri ilə həm quru, həm də yaş yollarda idarəetmə son dərəcə  yaxşıdır.
KH00092
/
Bu təkərinin qiyməti, şəkli, açıqlamalarında ve digər yerlərində yetərsiz gördüyünüz nöqlətəri təklif formundan istifadə edərək bizə göndərə bilərsiniz.
Təklif və iradlarınız üçün təşəkkür edirik.