• Ana səhifə
  • Sual-Cavab
  • Azərbaycanca
    • Русский
Tekerstore
0
Səbət: 0 M
  • Səbət boşdur!
Kumho təkərləri

Kredit Kartları


Xidmətlər

Tekerstore ÇATDIRILMA

ÇATDIRILMA

Azərbaycanın bütün bölgələrinə çatdırılma ödənişsizdir. Bakı və Sumqayıta 1 gün ərzində, Bölgələrimizə 2 gün ərzində çatdırılma ödənişsiz olaraq həyata keçirilir.

Tekerstore KEYFİYYƏTƏ ZƏMANƏT

KEYFİYYƏTƏ ZƏMANƏT

Kumho markası bütün təkər modellərinə istehsalçı zəmanəti verir.

Tekerstore ÖDƏMƏ

ÖDƏMƏ

Nəğd, World kart, kredit kartı ilə həmçinin 1Kart taksit kartı vasitəsi ilə ödəniş edə bilərsiniz.

Tekerstore XİDMƏTLƏR

XİDMƏTLƏR

Təkərləri əldə etdiyiniz zaman servis qiymətlərini distribütordan dəqiqləşdirə bilərsiniz.

  • Təkərə görə axtarış
  • Avtomobilə görə axtarış
Tekerstore Təkərə görə axtarış
Tekerstore Avtomobilə görə axtarış
Kumho təkərləri
Adının Koreya dilindən tərcüməsi “gözəl, sakit göl” anlamı verən Kumho şirkəti 1950-1953-cü illərdəki Koreya-ABŞ müharibəsindən sonra Pak İnçxon adlı biznesmen tərəfindən Samyang Tire adı ilə Kvandju şəhərində təsis olunub. İlk dövrlərdə şirkət gün ərzində cəmi 20 şin istehsal edirdi.

Şirkətin sürətli inkişafı 1950-53-cü illərdəki Koreya müharibəsindən sonra daxili avtoparkın sürətlə artması və müvafiq olaraq şin təchizatına tələbatın artması ilə başladı. 5 il sonra Kumho Tire xarici bazara çıxdı və ilk ixracatını 7700 USD dəyərində olmaqla Tailanda göndərdi.

1963-cü ildə şirkət Koreya təkər istehsalçıları arasında ilk dəfə olaraq minik avtomobilləri üçün şinlərin istehsalına start verir.

1975-ci ildə isə təyyarələr üçün radial təkərlərin hazırlığına başlanılır. 1 il sonra isə Kumho Tire Koreya sənayesində rekorda imza atır: il ərzində 1 000 000 ədəd şin istehsal olunur.

1980-ci ildə Kumho Tires şirkəti “General Motors”un avtomobillərinin şin təchizatçısı kimi sertifikatlaşır. İllik istehsal həcmi 20 milyon ədəd şinə, ixracdan gəlir isə 100 000 000 dollara çatır.

1992-ci ildən Kumho dünyanın təkər istehsalçılarının ilk 10-na düşən markaya çevrilir.

Kumho Tires şirkəti idman sahəsi ilə çox yaxından bağlıdır. 1993-cü ildə Paris – Dakar rallisində iştirak edən şirkət 2007-ci ildə Manchester United futbol klubunun, 2014-cü ildə isə basketbol yarışları üzrə turnirin (NBA) sponsoru olur.

İlk 10-da qərarlaşan şirkətin Cənubi Amerikada, Yaponiyada, Avropada və Cənubi Koreyada mövcud olan 300 sınaq qurğuları və daimi təkmilləşdirmə işləri şirkətə daim bu mövqeyini qorumağa imkan verir. Koreyadakı iki zavodda il ərzində 36 milyon şinin istehsal edilməsi Kumho-nun nə qədər populyar olmasından xəbər verir. Kumho Tires bugün avtomobillər, təyyarələr, avtobuslar, kənd təsərrüfat texnologiyası və sənaye texnologiyası, habelə idman avtomobiləri üçün şinlər istehsal edir.

Kumho təkərləri

markası haqda
Axtarış parametrlərinə uyğun məhsul tapılmadı. Zəhmət olmasa parametrləri yeniləyərək yenidən axtarın
whatsapp
Tekerstore

Sizin rahatlığınız üçün təkər distribütorlarını bir saytda toplayırıq. Təkəri Birinci Əldən Alın!

Məlumat

  • Xidmətlər
  • Reklam xidmətləri
  • Partnyorluq
  • Haqqımızda

Önəmli

  • Zəmanət
  • Qaydalar
  • Məxfilik
  • Əlaqə

Bizi sosial şəbəkələrdə izləyin.


© TəkərStore - Bütün hüquqlar qorunur

Bütün təkərlər

...