Roadstone Roadian HT SUV şinin təqdimatı
Roadstone Roadian HT SUV 4 fesil üçün nəzərdə tutulan, hər bir yol səthində rahat yürüşü vəd edən təkərdir. Tekerin istehsalında müasir texnologiyalara geniş yer ayrılıb ki, bu da hətda ən tələbkar müştəriləri belə razı salacaq. İstehsalda əsas rahatlıq və təhlükəsizliyə önəm verilib
Roadstone Roadian HT SUV şinin strukturu
Şin sürətli yürüş üçün xüsusi quruluşdan ibarətdir. Təkər assimetrik yönləndirilmiş cizgidən ibarətdir.
Sürət yığma zamanında sabitlik və idarəetmə rahatlığı blokların müxtəlif ölçüdə eninə yerləşən cizgiləri nəticəsində əldə olunur. Döngə zamanı yükün sabitləşdirilməsində sərt çiyin elementləri kömək olur. Mərkəzi V formalı protektor hissəsi yol səthi ilə yaxşı təması təmin edir və blokların arasındakı məsafələrin optimize olunması nəticəsində səs yaranmanın qarşısın alır. Effektiv su kanalları isə təmas nöqtəsindən suyu tez və effektiv çıxardaraq, hydroplanning effektinin qarşısın alır.
Rezinin tərkibinə xeyli miqdarda bərk qatqılar və xüsusi aktiv karbon tozu əlavə olunub. Bunun nəticəsində rezin lazımi codluq əldə edir və bu da sürüşkən yolda güc etmə qabiliyyətini artırır. Bundan savayı müxtəlif hava şəraitində rezinin keyfiyyətini qoruyub saxlamaq üçün onun tərkibinə donmayan polimer də əlavə olunub. Buda shini bütün il boyu istifadə etməyə imkan yaradır.
Roadstone Roadian HT SUV şinin əsas üstünlüyü
-rahat
-etibarlı
-uzunömürlü
-təhlükəsiz
-dözümlü və sabit